Ekskluziv
1661
06 Dec 2024 | 16:52

"Putinə sülh danışıqlarında necə qalib gəlmək olar?" - "Foreign Policy"

 
"Ukrayna ilə Rusiya arasında ədalətli və davamlı sülh üçün Kremlə maksimal təzyiq etmək gərəkdir..."
 
"Prezident Bayden ukraynalıların itkilərinə görə məsuliyyət daşıyır, çünki Ukraynaya lazım olan qədər yardım etməyib..."
 
Rusiyanın Ukraynada rekord itkiləri Rusiya prezidenti Vladimir Putinin Donald Trampın ABŞ prezidenti vəzifəsinə rəsmən başlayan kimi danışıqlara ümid etdiyinin sübutu ola bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə Demokratiyanın Müdafiə Fondunun Rusiya proqramları direktorunun müavini Cona Qardi və ABŞ-ın Kiberməkan üzrə Komissiyasından (Cyberspace Solarium Comission) Mark Montqomeri "Foreign Policy" nəşrinə bəyan edib.
 
"Ukrayna ilə Rusiya arasında imkan daxilində ədalətli və davamlı sülh üçün Kremlə maksimal olaraq təzyiq etmək lazımdır. Çünki əks təqirdə Putin gücünü hiss edərək Ukrayna qarşısında elə tələblər qoyacaq ki, bu, təslimçiliyə yaxın olacaq. Məsələn, söhbət təkcə Ukrayna ərazisinin xeyli hissəsinin ilhaqından, NATO-dan imtina etməkdən deyil, həm də Ukrayna ordusunun sayının məhdudlaşdırılmasından gedəcək", - ekspert hesab edir.
 
Müəllif yazır ki, Ağ Evin yeni administrasiyası Ukraynaya daha nələri tədarük etməyin mümkün olduğunu anlamaq üçün Pentaqonun anbarlarını təftiş etməlidir.
 
Məsələn, vaxtı keçmiş ATACMS mərmilərini ABŞ-da saxlamaq, yoxsa onları Ukraynaya vermək daha yaxşı olardı. Eyni şeylər ATACMS-dan daha böyük məsafələri qət etməyə qadir olan JASSM mərmilərinə də aiddir.
 
"Heç şübhəsiz, Rusiya iqtisadiyyatına təzyiq etmək lazımdır. Sanksiyalarda boşluqları aradan qaldırmaq, neftin yol verilən qiymət həddini aşağı salmaq lazımdır. Putinə öz iqtisadiyyatını ayaqda saxlayıb müharibəni maliyyələşdirməsi nə qədər çətin olarsa, ədalətli sülh sazişinə nail olmaq şansları bir o qədər yüksək olacaq", - müəllif yazıb.
 
"Putin Trampı qorxuda bilməyəcək, bir sadə səbəbə görə..."
 
Rusiya diktatoru Vladimir Putin hər vəchlə dünyanı özünün "əzəməti ilə" qorxutmağa cəhd edir. Bu, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa heç cür təsir etməyəcək.
 
Bu barədə ABŞ ordusunun veteranı, OSINT analitiki Rayyan MakBett nəşrə bəyan edib. O, qeyd edib ki, Donald Tramp tamamilə proqnozlaşdırılmayandır və ondan müxtəlif gözlənilməz addımlar gözləmək olar.
 
Trampdan nə gözləməli?
 
Onun fikrincə, Tramp Ukrayna üçün ABŞ-ın indiki prezidenti Co Baydendən daha yaxşı olacaq. Demokratların yardımı hədsiz az olub.
 
"Trampın gəlişilə bağlı vəziyyət, ehtimal ki, indikindən daha yaxşı olacaq. Bizim administrasiyamız yardım göstərilməsində ləng və aciz olub. Prezident Bayden ukraynalıların itkilərinə görə məsuliyyət daşıyır. O, lazım olan miqdarda yardım göstərməyib. Və bu, həmişəlik onun mirasının bir hissəsi kimi qalacaq", - MakBett deyib.
 
Əgər Qərb Ukraynaya dəstəyini kəsərsə, dövlətimiz süqut edəcək. Bu, Çini Tayvana hücum etməyə sövq edəcək. Donald Tramp buna ABŞ üçün dağıdıcı nəticələri səbəbindən yol verə bilməz.
 
Çin Trampın əsas qayğısıdır
 
"ABŞ-ın Ukraynaya yalnız Tayvana görə dəstək göstərdiyini demək çətindir. Lakin müəyyən mənada bu, belədir. Ukrayna demokratiyadır və ona dəstək verilməlidir. Lakin Tayvan bütün dünya üçün yarımkeçiricilər (çiplər) düzəldir. Əgər Çin Tayvana hücum edərsə, bu, ABŞ iqtisadiyyatını dağıdacaq. Putin Trampı istədiyi kimi qorxuda bilər. Lakin əsas düşmən Çindir. Tramp da diqqətini ona yönəldib", - MakBett qeyd edib
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər