Gürcüstan XİN rəhbəri də Lavrovun ATƏT-dəki çıxışından öncə 6 ölkənin demarşına qoşuldu...
2079
05 Dec 2024 | 20:37

Gürcüstan XİN rəhbəri də Lavrovun ATƏT-dəki çıxışından öncə 6 ölkənin demarşına qoşuldu...

Gürcüstan və daha 6 ölkənin nümayəndələri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çıxışı zamanı etiraz əlaməti olaraq Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT Xarici İşlər Nazirləri) Xarici İşlər Nazirləri Şurasının iclasını tərk ediblər.
 
Moderator.az "Newsgeorgia" portalına istinadla xəbər verir ki, bu barədə “European Pravda” Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Georgi Tixiyə istinadla məlumat yayıb.
 
Onun sözlərinə görə, Çexiya, Rumıniya, Polşa, Latviya, Litva və Estoniya nümayəndələri də zalı tərk ediblər. Çexiya, Polşa, Latviya və Gürcüstan nazirlər səviyyəsində demarş edib. Rumıniya və Estoniya aşağı rütbəli diplomatlar səviyyəsindədir, Litva ATƏT-in iclasında iştirak etməyib.
 
İclasda çıxış edən Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri Maka Boçorişvili Gürcüstanın Rusiya təcavüzünün ilk qurbanlarından biri olduğunu və bugünkü Ukrayna müharibəsinin onun davamı olduğunu vurğulayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər