1700
05 Dec 2024 | 14:18

"Ukrayna Trampın komandası ilə müharibənin dayandırılması barədə danışıqlara başlayıb" - "The Wall Street Journal"

 
"Dayanıqlı olmayan, müvəqqəti sülh nə Ukraynanın, nə də ABŞ-ın maraqlarına cavab verir..."
 
Ukrayna nümayəndə heyəti Donald Tramp administrasiyası ilə yeni prezidentin vəzifəsinə başlamasından öncə Rusiya ilə müharibənin nizamlanması məsələsində ciddi ixtilafların yümşaldılması məqsədilə yüksək səviyyədə danışıqların aparılması üçün ABŞ-a gəlib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
 
Nəşr yazır ki, çərşənbə günü Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak Trampın Rusiya və Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq və gələcək milli təhlükəsizlik üzrə müşavir Mayk Uoltsla görüşüb. Görüşə həmçinin vitse-prezident Cey Di Vens də qoşulub.
 
Nəşrin məlumatına görə, Yermak Trampın köməkçiləri ilə münasibətləri nizama salmaq üçün Vaşinqtonu ziyarət edib. Bundan öncə o, həmçinin Floridada Ağ Ev aparatının yeni rəhbəri Syuzi Uaysla görüşüb.
 
"Müzakirələrdən xəbərdar olanların sözlərinə görə, Yermak Ukraynanı sülhə mane olan tərəf kimi deyil, onun əldə olunması üzrə əməli tərəfdaş kimi təqdim edəcək", - nəşr yazıb.
 
Ukrayna özünü sülhə hazır olduğunu bəyan etməyi planlaşdırır, "lakin bu, dayanıqlı sülh olmalıdır. Dayanıqlı olmayan, müvəqqəti sülh nə ABŞ, nə də Ukraynanın maraqlarına cavab verir".
 
Bundan öncə Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Kiyevin müharibənin dayandırılması imkanını nəzərdən keçirməsi üçün Ukraynanın işğal edilməmiş hissəsinə NATO-da üzvlük təklif etmək lazımdır.
 
Bu zaman Trampın müşavirləri Rusiyanın Ukrayna ərazilərinin təxminən 20 faizini zəbt etdiyini etiraf edildiyi və Kiyevin NATO-ya daxil olması imkanını müvəqqəti olaraq təxirə salındığı planlarını müzakirə edib.
 
"Ukraynalılar mümkün danışıqlarda maksimalist mövqe sərgiləyir", - bunu "İnternational Crisis Group"-da Ukrayna üzrə analitik Lyutsian Kim deyib. "Mümkündür ki, onlar NATO üzvlüyünün yaxın gələcəyin məsələsi olmadığını həqiqətən etiraf edir. Lakin nədən bunu danışıqlardan öncə etiraf etməsinlər?".
 
O, həmçinin qeyd edib ki, Kiyev Co Bayden administrasiyasından son dərəcə məyus olub. "Tramp administrasiyasının gəlişi  Kiyevdəki insanları irəliləyişə nail olmağa ümidləndirib. Bunun necə olacağı sual doğurur. Amma bir şey aydındır: status-kvoya son qoyulacaq", - Kim deyib.
 
Trampın Ukrayna üzrə sülh planı
 
Xəbər verildiyi kimi, noyabrın sonunda prezident Zelenski bəyan edib ki, Rusiyanın işğal etdiyi ərazilərin qaytarılmayacağı təqdirdə də sülh sazişi imzalamağa hazırdır, amma bir şərtlə ki, Ukrayna dərhal NATO-ya qəbul edilsin.
 
"Reuters" agentliyi yazıb ki, Trampın "sülh planı"nın üç variantı var, bunlar Ukrayna üzrə xüsusi elçi Kit Kelloqun, virse-prezident Cey Di Vensin və Trampın Kəşfiyyat rəisinin vəzifələrini icra edən Riçard Qrenellin variantlarıdır.
 
Bu variantlar bəzi məqamlarına görə fərqlənsə də, indiki cəbhə xətləri üzrə müharibənin "dondurulmasını" və Ukraynanın NATO-ya daxil olmasından imtina edilməsini nəzərdə tutur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər