“Bizim Azərbaycana hücum etmək üçün heç bir əsasımız yoxdur…”- Paşinyan
Ekskluziv
658
04 Dec 2024 | 21:21

“Bizim Azərbaycana hücum etmək üçün heç bir əsasımız yoxdur…”- Paşinyan

“Çünki biz siyasi müstəvidə daha bir hüquqi addım atmışıq və bir-birimizin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımışıq. Hətta milli assambleyamız delimitasiya komissiyalarının birgə fəaliyyətinin nizamnaməsini ratifikasiya edib…”
 
“Regionda sabitliyi pozmaqda maraqlı olan qüvvələr var. Cavabımız belə olmalıdır. Əvvəlcə təxribatlara boyun əyməməli, ondan sonra mütəmadi olaraq mövqeyimizi aydınlaşdırmalıyıq. Əvvəla, bizim Azərbaycana hücum etmək üçün heç bir əsasımız yoxdur, çünki biz siyasi müstəvidə daha bir hüquqi addım atmışıq və bir-birimizin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımışıq. Hətta milli assambleyamız delimitasiya komissiyalarının birgə fəaliyyətinin nizamnaməsini ratifikasiya edib və biz tezliklə növbəti sektorda delimitasiya prosesinə başlamalıyıq”. 
 
Moderator.az xəbər verir ki, “Armtimes” nəşrinin məlumatına görə, bunu Ermənistan baş naziri Nikol Paşinyan bu gün, dekabrın 4-də hökumətin parlamentdəki sual-cavab iclasında söyləyib.
 
“Mən Ermənistanın regionda sabitliyi pozmağa yönəlmiş istənilən hərəkətini istisna edirəm. Ölkəmizin 200 kvadrat kilometrdən çox ərazisi işğal olunub, lakin biz bəyan edirik ki, həmin ərazilərin məsələsinin hərbi yolla həlli bizim gündəmimizdə deyil və olmayacaq”, - Paşinyan əlavə edib.
 
Nikol Paşinyan ümid etdiyini bildirib ki, onlar “Sülh sazişi” layihəsi üzrə işləri aktivləşdirəcəklər, çünki işlərin 90 faizi artıq görülüb və hələ ki, müqavilənin imzalanması qalır.
 
S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər