Satışa üzərində “Arsak” yazılan paltarlar çıxarıldı...
Bugünlərdə ABŞ-dakı erməni diasporu revanşist ideyaların təbliği məqsədilə ilə təxribat xarakterli növbəti addım atıb.
Moderator.az xəbər verir ki, diaspor nümayəndələri satışa üzərində “Arsak” yazılan paltarlar çıxarıb. Bildirilir ki, paltarların satışından əldə edilən vəsait erməni uşaqları ilə bağlı layihələrin gerçəkləşməsinə sərf olunacaq.
Xatırladaq ki, Azərbaycan dövləti dəfələrlə xaricdəki erməni diasporunun təxribatlarını ifşa edib, onların Cənubi Qafqazda revanşizm və qarşıdurma yaratmaq cəhdlərini pisləyib. Ancaq görünən odur ki, erməni diasporu ifşa olunmağına baxmayaraq, bu gün də öz məkirli əməllərini davam etdirməkdə, müxtəlif humanitar layihələr adı altında revanşist ideyaları təbliğ etməkdədir.
Seymur ƏLİYEV