ABŞ düşmən hərbi gəmilərini sıradan çıxarmaq üçün yeni qatil-raket hazırlayıb.
Moderator.az ABŞ hərbi nəşrinə istinadən məlumat verir ki, “gəmi öldürən” kimi təsnif edilən bu raketin ən böyük üstünlüklərindən biri radar sistemlərindən uğurla yayınması, bacarıqla maskalanması və son ana qədər özün büruzə verməməsidir.
Yüksək texnologiyanın ən son nailiyyətlərindən biri hesab edilən bu raket artıq Havay dəniz piyadaları tərəfindən istismara qəbul edilib. Mütəxəssislər hesab edir ki, ABŞ-ın qatil-raketi bu ölkənin Sakit okeandakı gücünün daha da artmasına imkan verəcək, onu Çinlə rəqabətdən qalib çıxaracaq.
Məlumat üçün qeyd edək ki, Sakit okeanda ABŞ-Çin hərbi dəniz qüvvələri daimi gərginlik içərisindədir. Bu gərginliyin əsas səbəblərin dən biri Çinin ABŞ tərəıfindən dəstəklənən Tayvana təzyiq göstərmək, onu hərbi baxımdan sıxışdırmaq cəhdidir.
Seymur ƏLİYEV