Ekskluziv
975
04 Dec 2024 | 14:54

"Ukrayna ilə Rusiya arasında ağrılı sülh sazişi yetişməkdədir" - "Sky News"

 
"Bu, sadəcə, əsas rənglərin böyük zolaqları məsələsi deyil, həm də boz zonalar, danışıqlar zonalarıdır..."
 
NATO-nun yüksək vəzifəli şəxsləri tədricən bu fikrə gəlir ki, Ukrayna ilə Rusiya arasında sülh sazişi yetişməkdədir.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "Sky News" nəşrinin müxbiri Adam Parsons yazıb.
 
Alyansın baş katibi Mark Rüttenin Ukraynada sülh perspektivləri ilə bağlı son bəyanatlarını təhlil edərkən, Parsons bu fikrə gəlir ki, sülhün yaxınlaşdırılması prosesi bu barədə rəsmi şəxslərin açıq danışdığından "xeyli dərəcədə həssasdır".
 
"Sülh sazişinin nə qədər xoşagələn olmasa da, onun əldə edilməli olduğu tədricən dərk edilməkdədir", - Parsons deyib.
 
Jurnalistin fikrincə, NATO-da heç kim Rusiyanın tamiqyaslı müharibə zamanı zəbt etdiyi torpaqları qaytarmağa asanlıqla razı olacağını hesab etmir. Bu da sülh sazişinin əldə edilməsini çox çətinləşdirir", - o, hesab edir.
 
"Bu, sadəcə, əsas rənglərin böyük zolaqları məsələsi deyil, həm də boz zonalar, danışıqlar zonalarıdır. Ən vacibi odur ki, sazişin bağlanılmalı olduğunun pərdəarxası dərk edilməsi artır və Ukraynada bəziləri üçün bu, çox ağrılı sövdələşmə ola bilər", - jurnalist vurğulayıb.
 
Ukraynada sülh perspektivləri
 
Xəbər verildiyi kimi, son günlər Ukrayna prezidenti Vladimir Zelenski Ukraynada sülh perspektivləri ilə bağlı bir sıra səs-küylü bəyanatlar verib.
 
O cümlədən o, Ukraynanın dərhal NATO-ya qəbul ediləcəyi təqdirdə işğal edilmiş ərazilər qaytarılmadan Rusiya ilə sülhə getməyə hazır olduğunu bəyan edib.
 
Prezidentin sözlərinə görə, Ukraynanın hərbi yolla işğal edilmiş ərazilərini geri qaytarmaq üçün hazırda kifayət qədər gücü yoxdur. Ona görə də o, buna diplomatik metodlarla nail olmağı məqsədəuyğun hesab edir.
Link kopyalandı!
Son xəbərlər