Bizi sosial şəbəkələrdən izləyin:
Gürcüstan yazıçıları, tərcüməçiləri və naşirləri Avropaya inteqrasiya kursunun dondurulmasından sonra ölkədə baş verən etirazlarla bağlı birgə bəyanat yayıb.
Moderator.az xəbər verir ki, bu haqda Gürcüstan mediası və sosial şəbəkələrində yayılıb.
“Şair Zviad Ratianini dərhal həbsdən azad edib klinikaya köçürmək lazımdır, çünki onun səhhəti son dərəcə ağırdır və təcili tibbi yardım tələb edir.
Şair və müəllim Tornike Çelidzeni dərhal həbsdən azad edin.
Biz nümayiş zamanı vəhşicəsinə döyülən tərcüməçi Data Xaraişvili və bu günlərdə Gürcüstanın özünü elan etmiş hakimiyyət orqanlarının zorakılığının qurbanı olmuş nümayişçilərlə həmrəy olduğumuzu bildiririk.
Biz Gürcüstan Konstitusiyasının pozulmasını və ölkənin Avropa kursuna xəyanəti pisləyirik”, - bəyanatda belə deyilir.
S.Laçın