Bizi sosial şəbəkələrdən izləyin:
Gürcüstan prezidenti Salome Zurabişvili özünün "X" platformasında “Rusiyanın marionet rejimi” adlandırdığı hakimiyyəti tənqid edən növbəti yazı dərc edib.
Moderator.az bu haqda "Qruziya onlayn" nəşrinə istinadla xəbər verir.
"#GürcüstanEtirazları: Bütün Gürcüstanda insanlar Rusiyanın marionet rejiminə qarşı ayağa qalxır. Paytaxtdan ən kiçik şəhərlərə qədər bu, tariximizdə heç nəyə bənzəməyən bir hərəkatdır.
Mesaj aydındır:
Mənə səsimi geri qaytarın!
Mənə Avropadakı gələcəyimi qaytarın!”"- Prezidentin paylaşımında belə deyilir.
Qeyd edək ki, son məlumatlara görə, dünən axşamdan Gürcüstan parlament binasının önündə başlanan və artıq 5-ci gecədir keçirilən etiraz aksiyası yenidən polis tərəfindən amansız təpki ilə qarşılanıb. Lakin "Sova" nəşrinin yaydığı məlumatda deyilir ki, bu dəfə etirazçılar özləri, polis müqaviməti olmadan Rustaveli prospektindən Tiflis Dövlət Universitetinin yerləşdiyi Melikişvili prospektinə keçərək etirazlarını orada davam etdiriblər. Onu da xatırladaq ki, etirazlar ölkənin əksər şəhərlərini bürüyüb...
S.Laçın