Suriya prezidenti Bəşər Əsəd dolayı kanallarla İsrailə müraciət edərək, Suriya müxalifəti ilə mübarizədə İsraildən kömək istəyib.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu gözlənilməz məlumatı Səudiyyə Ərəbistanının "Elaf" xəbər saytı yayıb.
Nəşr Suriya təhlükəsizlik xidmətindəki öz mənbəsinə istinadla bildirir ki, mesaj İsrail təhlükəsizlik xidmətlərinə Bəşər Əsədin Avropadakı etibarlı nümayəndələrindən biri vasitəsilə ötürülüb.
Mənbənin sözlərinə görə, İsrail cavabında Suriyada baş verənlərlə maraqlanmadığını bildirib və kömək istəməzdən əvvəl İran və onun silahlı birləşmələrinin Suriyadan çıxarılmasını tələb edib.
Eyni zamanda, "Elaf"qeyd edir ki, Əsədə sadiq qüvvələr müxalifətin ələ keçirdiyi Hələb və ətraf rayonlarından tamamilə geri çəkilib. Müxalifət Həma, İdlib və s. kimi digər şəhərlərə doğru irəliləyir. Hələb və Həmada Suriya ordusunun əhəmiyyətli bir varlığı yox id, orada İran və onun proksiləri ən böyük hərbi varlığa malikdir.
Maraqlıdır ki, Bəşər Əsədin İsrailə kömək üçün müraciəti ilə bağlı çox gözlənilməz informasiyalara paralel olaraq Suriya üsyançılarından da oxşar müraciətin olduğu barədə xəbərlər var.
Şərqşünas Mordehay Keydar "KAN-"Bet"" radiostansiyasına müsahibəsində suriyalı üsyançılarla əlaqə saxladığını və onların adından İsrail rəhbərliyinə İsraildən almaq istədikləri silah və sursatların ətraflı siyahısını verdiyini bildirib.
“Onlar İsraillə sülh razılaşmasına hazırdırlar, ancaq Suriya və Livana nəzarət etdikləri təqdirdə”, - deyə şərqşünas əlavə edib.
S.Laçın