“Kimlərsə düşünür ki, dünyada bir alver, dəyiş-düyüş gedir– yox, belə şey yoxdur...”
Ekskluziv
2412
02 Dec 2024 | 17:00

“Kimlərsə düşünür ki, dünyada bir alver, dəyiş-düyüş gedir– yox, belə şey yoxdur...”

 "Mənə elə gəlir ki, bu cür uydurmalardan biz artıq xilas olmalıyıq..."
 
“İstər Gürcüstanda, istər Ukraynada, istərsə də Suriyada məqsəd Rusiyanı mövqelərindən kənarlaşdırmaqdır...”
 
“Hesab edirəm ki, bütün bu sadalanan hadisə və proseslərin eyni vaxtda baş verməsi, sadəcə, böyük güclərin mübarizəsinin nəticəsidir. Məsələn, hal-hazırda Rusiya-Ukrayna müharibəsində Moskvanın mövqeyinin zəifləməsindən istifadə edərək onu Yaxın Şərqdəki digər mövqeyindən -Suriyadan kənarlaşdırmağa çalışırlar. Eyni proses Gürcüstanda da baş verir. Bir qədər əvvəl Abxaziyada baş verdi. Əslində baş verənlərin mahiyyəti budur. İstər Gürcüstanda, istər Ukraynada, istərsə də Suriyada məqsəd Rusiyanı mövqelərindən kənarlaşdırmaqdır”.
 
Bunu Moderator.az-a açıqlamasında “Qlobal siyasət, eləcə də geo-siyasət baxımından bu gün Ukrayna, Suriya və Gürcüstanda paralel olaraq baş verənlər arasında  hansı ümumi əlaqə var” sualını cavablandırarkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ifadə edib.
 
Bəzi şərhçilər belə fərziyyə irəli sürür ki, guya Trampla Putin sövdələşib: Putin Suriyanı- Bəşər Əsədi qurban verir, əvəzində Ukraynada növbəti prezident seçkilərində həm Trampa, həm Putinə sərfəli fiqur seçilir, Gürcüstan isə tam Rusiyanın nəzarətinə keçir” fikrinə isə ekspert belə münasibət bildirib:
 
“Kimsə bunu verir, kimsə onu alır, nə bilim, Bəşər Əsədi verir, Gürcüstanı alır” kimi bayağı fikirlər o qədər konspiroloji versiyalardı ki, açığı, heç bunları şərh etməyə dəyməz. Mənə elə gəlir ki, bu cür uydurmalardan biz artıq xilas olmalıyıq. Kimlərsə elə düşünür ki, dünyada bir alver, bir dəyiş-düyüş gedir – yox, belə bir şey yoxdur. Mən inanmıram elə bir şey olduğuna...” 
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər