Bakıya trolleybuslar nə zaman gətiriləcək?
1933
02 Dec 2024 | 14:30

Bakıya trolleybuslar nə zaman gətiriləcək?

Bakıda trolleybuslar ilk dəfə 1941-ci il dekabrın 5-də istifadəyə verilib. Bu nəqliyyat növü, xüsusən 1960-80-ci illərdə Bakının əsas simvollarından biri olub. O zaman trolleybuslar 32 marşrut üzrə hərəkət edir, həm şəhəri, həm də ətraf qəsəbələri birləşdirirdi. Ümumi xəttlərin uzunluğu 300 km-dən çox idi və iki depoda saxlanılan trolleybuslar mütəmadi təmir edilərək yenidən istifadəyə verilirdi. Trolleybuslar şəhər sakinləri və qonaqlar üçün rahat bir nəqliyyat vasitəsi idi. O vaxtlar Bakıya gələnlər trolleybusları maraqla izləyir və bu nəqliyyat vasitəsi ilə səyahət edirdilər.

2004-cü ildən trolleybuslar tamamilə tarixə qovuşdu və Bakı üçün nostalji bir xatirəyə çevrildi. Bəs görəsən indi paytaxtımıza trolleybuslar gətirilə bilərmi?

 

Mövzu ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov Moderator.az-a danışdı. Bildirdi ki, trolleybuslar Bakı üçün artıq nostaljiyə çevrilib: 

"Paytaxımız üçün trolleybuslara ehtiyac yoxdur, çünki  elektrobus trolleybusdan səmərəli  və faydalıdır. Trolleybus  üçün yolun üstündə elektrik naqilləri şəbəkəsi çəkilməlidir. Bu da uzun prosesdir.  Amma elektrobus olan yerdə trolleybusa ehtiyac yoxdur". 

Link kopyalandı!
Son xəbərlər