Ekskluziv
1870
02 Dec 2024 | 00:21

"ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırıb" - Dövlət Departamenti

"Gürcü arzusu" ölkənin Avropa İttifaqına daxil olması prosesini dayandırmaqla Gürcüstanı Kreml üçün daha həssas edib..."
 
"Gürcü arzusu"nun Gürcüstanın Avropa İttifaqına daxil olması prosesini dayandırmaq qərarı gürcü xalqına Avropa İttifaqı və NATO-ya tam inteqrasiya etməyə can atması barədə Konstitusiyada təsbit edilmiş vədinə ziddir.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir. Məlumatı "dw.com" nəşri yayıb.
 
"Gürcüstanın Avropa İttifaqına daxil olması prosesini dayandırmaqla "Gürcü arzusu" Avropa ilə daha sıx əlaqələr imkanını rədd edib və Gürcüstanı Kreml üçün daha həssas edib", - Dövlət Departamentinin bəyanatında deyilir.
 
Departament hesab edir ki, gürcü xalqı "əsasən Avropa ilə inteqrasiyaya dəstək verir", bu zaman Birləşmiş Ştatlar polis tərəfindən özünün ifadə, o cümlədən dinc nümayiş  azadlığını müdafiə etməyə cəhd göstərən gürcülərə qarşı gücdən həddən artıq istifadə edilməsini pisləyir".
 
"Gürcü arzusu"nun antidemokratik hərəkətləri ABŞ və Gürcüstan arasında demokratiya, hüququn aliliyi, vətəndaş cəmiyyəti, əsas insan hüquq və azadlıqlarına hörmət, habelə korrupsiya ilə mübarizə ilə bağlı ümumi dəyərlərə və öhdəliklərə əsaslanan strateji tərəfdaşlığın əsas prinsiplərini pozub. Nəticədə ABŞ bu mexanizmi dayandırıb".
 
Dövlət Departamenti Gürcüstan hökumətinə "Avroatlantika yoluna dönməyə, parlament seçkilərində bütün pozuntuları şəffaf şəkildə araşdırmağa və toplaşma və ifadə azadlığını məhdudlaşdıran antidemokratik qanunları ləğv etməyə çağırış edir".
 
Gürcüstanda siyasi böhran-son xəbərlər
 
Xəbər verildiyi kimi, Gürcüstan prezidenti Salome Zurabişvili prezidentlik müddətinin sona çatmasına rəğmən, öz səlahiyyətlərini təhvil verməkdən imtina edib. Onun sözlərinə görə, ölkədə yeganə legitim olan prezident təsisatıdır.
 
Bundan öncə Gürcüstan 2028-ci ilədək ölkənin Avropa İttifaqına daxil olması üzrə danışıqları "dondurub". Baş nazir İrakli Koxabidzenin dediyinə görə, "Avropa İttifaqına daxil olmağa sədəqə kimi baxmaq yolverilməzdir".
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər