"Hazırda Rusiya qoşunları, muzdluları və əlaltıları Tbilisi şəhərini işğal edib, biz isə onu azad etməyə cəhd göstəririk..."
Gürcüstanda hazırkı hakimiyyət öz mahiyyətinə görə işğalçı hakimiyyətdir.
Moderator.az xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti Georgi Marqvelaşvili "FreeDOM" telekanalının efirində bəyan edib. Məlumatı "gordonua.com" nəşri yayıb.
"Bizdə hazırda gerçəklik ondan ibarətdir ki, Gürcüstan ərazisində üç işğalçı hökumət var. Biri Cənubi Osetiyanın Tsxinvali, digəri Abxaziyanın Suxumi, üçüncüsü isə Tbilisi şəhərindədir. Yəni bunlar Rusiyanın tanınmamış hökumətləridir", - o, deyib.
Sabiq prezident hesab edir ki, yalnız "Rusiyanın Gürcüstana təsiri" üzərində qələbəsindən sonra gürcülərin "həm işğal edilmiş Osetiya, həm işğal edilmiş Abxaziya, həm də, ən başlıcası, işğal edilmiş Gürcüstanda öz həmvətənləri ilə danışmaq imkanı olacaq".
"Hazırda konkret vəziyyət belədir: Rusiya qoşunları, Rusiya muzdluları, Rusiya əlaltıları Tbilisi şəhərini işğal edib. Biz isə onu azad etməyə cəhd göstəririk", - Marqvelaşvli bəyan edib.
O, Avropa Parlamentinin Gürcüstanda parlament seçkilərinin nəticələrinin tanınmaması barədə qərarına dəstək verib və yenidən səsvermə keçirilməsinə çağırış edib.
"Biz öz dəyərlərimiz uğrunda nə qədər qətiyyətlə mübarizə aparsaq, bizim avropalı tərəfdaşlarımızın dəstəyi bir o qədər böyük olacaq. Bu qərar adekvat qərardır, baş verənlərin obyektiv reallığını əks etdirir", - o, vurğulayıb.
"Bizim seçimimiz oğurlanıb, onlar bizim tarixi qərarımızı oğurlayıb. Onların buna yalnız ona görə adekvat münasibət göstərir ki, biz Tbilisinin küçələrində dayanmışıq və ölkəmizdə işğalçı rejimin yerləşməsinə imkan vermirik", - o, hesab edir.
O, Gürcüstandakı etirazların "qəhrəman Ukrayna xalqı və qəhrəman Ukrayna müqavimətilə həmahəng olduğu" fikrini ifadə edib.