“Bu ölkə dünyada sülh üçün təhdid təşkil edən dövlətlərdən biridir”
Ekskluziv
710
30 Nov 2024 | 23:29

“Bu ölkə dünyada sülh üçün təhdid təşkil edən dövlətlərdən biridir”

“Ermənistan dünyada sülh üçün təhdid təşkil edən dövlətlərdən biridir”.

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, Ermənistanın istər hərbi, istərsə də diplomatik müstəvidə atdığı addımlar bunu göstərir:

 

“Ermənistanın Vətən müharibəsindən sonra hərbi-siyasi müstəvidə atdığı addımlar göstərir ki, İrəvanın sülh haqqında dedikləri ilə əməli fəaliyyəti arasında ciddi təzad var. Bir tərəfdən sülhdən danışan Ermənistan, digər tərəfdən sürətlə silahlanma siyasəti həyata keçirir ki, bu da onun əsl məqsədinin başqa olduğunu göstərir.

 

İrəvanın siyasi-diplomatik müstəvidəki addımları, sülh prosesini süni şəkildə yubatması, bunu müxtəlif bəhanələrlə təxirə salması da, Ermənistanın məkirli məqsədlərindən xəbər verir.

 

Bir sözlə, Ermənistan dünən olduğu kimi, bu gün də sülh üçün təhlükə mənbəyidir. Əgər İrəvan bu siyasətdən imtina edib Azərbaycanın sülh səylərini dəstəkləməsə, o zaman regionda vəziyyət daha da mürəkkəbləşə bilər. Belə olarsa, baş verənlərin məsuliyyəti heç şübhəsiz İrəvanın üzərinə düşəcək”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər