Ukraynanın PUA-ları Bakının 350 kilometrliyinədək çatdı... -Hava limanı bağlandı...
Ekskluziv
2883
30 Nov 2024 | 13:31

Ukraynanın PUA-ları Bakının 350 kilometrliyinədək çatdı... -Hava limanı bağlandı...

Dağıstan Respublikasının rəhbəri Sergey Melikov Xəzər obyektlərinə pilotsuz təyyarə ilə hücum cəhdi barədə məlumat verib. Onun sözlərinə görə, hazırda qurbanlar və zərərçəkənlər barədə məlumat yoxdur.
 
Moderator.az xəbər verir ki, bu haqda  "Kommersant" nəşri yazır.
 
“Rosaviasiya”nın mətbuat xidmətindən bildirilib ki, pilotsuz təyyarələrin hücumu təhlükəsi ilə əlaqədar Mahaçqala hava limanı fəaliyyətini dayandırıb. Vaxt məhdudiyyətləri Moskva vaxtı ilə 08.19-dan etibarən tətbiq olunur. Hava limanı reysləri qəbul etmir və göndərmir.
 
“Bu gün ilkin məlumatlara əsasən, Xəzərdə daha bir səmərəsiz pilotsuz təyyarə hücumu cəhdi həyata keçirilib”, - deyə Melikov telegram-kanalında yazıb.
 
Rusiya Federasiyasının Müdafiə Nazirliyi öz növbəsində noyabrın 30-na keçən gecə hava hücumundan müdafiə vasitələrinin 11 təyyarə tipli pilotsuz uçan aparatını məhv edib və ələ keçirib. Belqorod vilayətində 8 pilotsuz təyyarə, Qara dəniz hövzəsində daha üç pilotsuz təyyarə vurulub. Soçidə itki yoxdur, şəhərin infrastrukturu normal işləyir.
 
Xatırladaq ki, noyabrın 6-da da PUA hücumu səbəbindən Mahaçqala hava limanı bağlanmışdı.
 
Qeyd edək ki, Dağıstan Respublikasının paytaxtı Mahaçqaladan Bakıya hava xətti ilə olan məsafə təxminən 350 km-dir.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər