Ekskluziv
2110
30 Nov 2024 | 13:28

"Suriyanın Hələb şəhəri üsyançılar tərəfindən ələ keçirilib" - BBC

"Üsyançılar hökümət qüvvələri tərəfindən müqavimətlə üzləşməyib, bəzi yerlərdə Suriya ordusu darmadağın edilib..."
 
"Suriyanın "Həyat Təhrir əş-Şam" sünni radikal qruplaşmasının döyüşçüləri bir sutkadan az müddət ərzində Hələb şəhərinin mərkəzinə daxiıl olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
 
Suriyanın "Həyat Təhrir əş-Şam" radikal sünni qruplaşmasının yaraqlıları və onların müttəfiqləri sürətli hücum nəticəsində Hələb şəhərinin ən azı yarısını ələ keçirib, bunu şənbə günü, noyabrın 30-da Suriyanın insan haqları üzrə Şurası məlumat verib.
 
Şuranın rəhbəri Əbdül Rəhmanın sözlərinə görə, Suriyanın hökumət qoşunları şəhəri praktiki olaraq müqavimətsiz tərk edib. Bununla birliklə, "Associated Press" agentliyi məlumat verib ki, bu ərəfədə axşam Hələbin qərb hissəsində şiddətli döyüşlər gedib.
 
"Anadolu" agentliyinin məlumatına görə, müxalif qüvvələrin qoşunları Hələb şəhərinə qərbdən daxil olub. 10 min şəhər sakini Hələbdən cənuba doğru yerləşən İdlib əyalətinə qaçıb.
 
"Sky News Arabia" telekanalı məlumat verib ki, yaraqlılar cənub, qərb və şimal cəbhəsində hücumlarını davam etdirir, onlar Ər-Rəşiddin rayonuna daxil olub, Hələbin qərbində elmi-təqdiqat institutunu ələ keçirib, həmçinin şəhərin cənub girişində qərarlaşıb.
 
Kremlyönlü VÇK-OQPU Telegram-kanalının məlumatına görə, noyabrın 29-da axşam Hələb şəhəri, demək olar ki, tamamilə üsyançıların nəzarətinə keçib, onlar qələbəni atəşfəşanlıqla qeyd edib.
 
Suriya hökuməti 2016-cı ilin sonunda aylarla davam edən qanlı döyüşlər nəticəsində ölkənin paytaxtı Dəməşqdən sonra ikinci böyük Hələb şəhərinə nəzarəti bərpa etməyə nail olmuşdu.
 
Dəməşq lokal uğurlar barədə məlumat yayıb
 
Öz növbəsində Suriyanın hökumət mənbələri məlumat verib ki, Hələb və İdlib əyalətlərində yaraqlılar tərəfindən bundan öncə ələ keçirilən bir neçə mövqelər üzərində nəzarət bərpa edilib.  
 
Rəsmi məlumatlara görə, qruplaşmalar ağır itkilər verib, yüzlərlə yaraqlı həlak olub, onlarla nəqliyyat vasitəsi və zirehli texnika məhv edilib, 17 dron vurulub.
 
Suriya ordusu İdlib əyalətinin cənubunda yaraqlıların Ər-Rüveyh, Xan-əs-Sabil və Mərdabs yaşayış mənqələrindəki dislokasiya yerlərinə zərbələr endirib, bu barədə "Əl-Vətən" qəzeti yazıb.
 
Rusiya və Suriya aviasiyası düşmənin İdlibin cənubunda Cəbəl-əz-Zəviyyə dağlıq ərazidə və Hələbdən şimala Marey şəhərindəki mövqelərinə hücum edib.
 
Suriyada son dörd ildə ən böyük eskalasiya
 
Yaraqlıların hücumu noyabrın 27-də başlayıb. Bu, 2020-ci iıdə Rusiya və Türkiyənin vasitəçiliyi ikə atəşkəsə nail olduqdan sonra ən böyük eskalasiyadır. 
 
"Associated Press" agentliyi qeyd edir ki, bu hücum hökumət tərəfində döyüşən, o cümlədən "Hizbullah" daxil olmaqla İranyönümlü qruplaşmasmaların diqqəti İsrail ilə müharibəyə yönəldikdən sonra başlayıb. 
 
Agentlik yazır ki, yaraqlılar praktiki olaraq hökumət qoşunları tərəfindən heç bir müqavimətlə üzləşməyib. ABŞ-ın Suriyadakı sabiq səfiri Robert Ford isə deyib ki, bəzi yerlərdə Suriya ordusu "demək olar ki, darmadağın edilib".
Link kopyalandı!
Son xəbərlər