Ekskluziv
500
12:48, Bu gün

"Doğrudanmı Rusiya Kiyevə "Oreşnik" raketilə hücum edir?" - ISW

"Putinin Rusiyanın raket potensialı ilə öyünməsi Kremlin informasiya kampaniyasının bir hissəsidir..."
 
Rusiya hakimi Vladimir Putinin "Oreşnik" raketinin texniki xüsusiyyətlərinin işıqlandırılmasında səyləri geniş informasiya kampaniyasının bir hissəsidir.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri yazıb.
 
Qeyd edilir ki, bu döyüş sursatının imkanlarında yeni heç nə yoxdur, ona görə də onun istifadə edilməsi müharibədə bundan sonra eskalasiyaya gətirib çıxarmayacaq.
 
Analitiklərin fikrincə, diqqəti raketin uçuş məsafəsi və faydalı yükünə yönəltmək, onun dağıdıcı potensialının meteorun imkanları ilə müqayisə etmək Ukrayna və Qərbi qorxutmaq, habelə Kiyevə xarici uzaqvuran silahla Rusiyaya zərbə endirməyə davam etməkdən çəkindirmək məqsədi daşıyır.
 
"Putinin hətta Kiyevdə "qərarlar qəbul edilən mərkəzlərə" zərbələr endirmək təhdidləri də boş şeydir, çünki Rusiya qoşunları onsuz da müntəzəm olaraq nüvə başlıqları daşıya bilən dron və raketlərlə Kiyevin mülki və ktitik infrastrukturuna zərbələr endirir", - analitiklər izah edib.
 
Dünən Ukrayna prezidenti Vladimir Zelenski də Qazaxıstanda KTMT Təhükəsizlik Şurasının iclasında Putinin təhdidlərini şərh edərkən bu faktı qeyd edib. Onun sözlərinə görə, "Putin artıq Ukraynaya buraxdığı minlərlə raketlərə daha minlərini əlavə etmək istəyir".
 
ISW xatırladır ki, noyabrın 21-də "Oreşnik"lə zərbə endirilməsi ABŞ kəşfiyyatının Rusiyanın nüvə silahını tətbiq edəcəyi ilə bağlı dəyərləndirməsini dəyişməyib. Amerika kəşfiyyatının mənbələri "Reuters" agenyliyinə deyib ki, bu, çətin ki, USQ-nin Rusiyaya zərbələrinə cavab olsun.
 
"Beləliklə, Putinin daima "Oreşnik"lə və Rusiyanın raket potensialı ilə öyünməsi Kremlin nəzarətində olan informasiya kampaniyasının bir hissəsidir və dərinliklərə zərbə endirmək üçün Rusiyanın ən yeni vasitələrinin işlənib hazırlanması anlamına gəlmir", - analitiklər bu nəticəyə gəlib.
Link kopyalandı!
Son xəbərlər