Polis Tiflisdə xanım jurnalistə kəllə-beyin zədəsi yetirdi, bir etirazçının çənəsi, burnu və bir neçə dişi qırıldı...
2007
30 Nov 2024 | 07:40

Polis Tiflisdə xanım jurnalistə kəllə-beyin zədəsi yetirdi, bir etirazçının çənəsi, burnu və bir neçə dişi qırıldı...

"Vətəndaş Cəmiyyəti Fondunun əməkdaşı Saba Braçveli üzündən rezin güllə ilə yaralanıb..."
 
Müxalif "Pirveli" televiziyasının jurnalisti Mariam Qaprindaşvili Tbilisidə Gürcüstan parlamenti yaxınlığında rusiyayönlü hakimiyyətə qarşı keçirilən etiraz aksiyasını işıqlandırarkən ağır yaralanıb.
 
Moderator.az-ın "Newsgeorgia" portalına istinadla yaydığı məlumatda deyilir ki, təcili yardım onu ​​kəllə-beyin travması ilə "İnqorokva" klinikasına yerləşdirib. Gənc qadının nəfəs almaqda çətinlik çəkdiyi və huşunu itirmə epizodları yaşadığı bildirilir.
“TV Pirveli”nin məlumatına görə, xüsusi təyinatlılar Çiçinadze küçəsində Qaprindaşvilini yerə yıxıblar. Bu, nümayişçilərin su şırnaqları və digər xüsusi ləvazimatlardan istifadə edərək oradan geri çəkildiyi zaman baş verib.
 
Qaprindaşvili "TV Pirveli"nin əsas simalarından biridir. O, araşdırma jurnalistikasında ixtisaslaşıb və hakimiyyətin ən yüksək eşelonlarında korrupsiya ilə bağlı bir çox çox qalmaqallı reportaj hazırlayıb.
 
Digər mənbələrin məlumatına görə, Tbilisidə, Batumidə, Potidə, Zuqdudidə və s. şəhərlərdəki etirazçılar arasında xeyli şəxs polis zorakılığına məruz qalıb.
 
Tbilisidəki etirazçılardan biri deyir ki, təhlükəsizlik qüvvələrinin hücumundan sonra onun çənəsi, burnu və bir neçə dişi qırılıb. Vətəndaş Cəmiyyəti Fondunun əməkdaşı Saba Braçveli üzündən rezin güllə ilə yaralanıb...
 
Polis bibər qazı, su şırnaqları və dəyənəklərdən istifadə edir.  İki gün ərzində 60-a yaxın etirazçı həbs edilib.
 
Tbilisidə etirazçılardan bəziləri Kaşveti kilsəsinə sığınmağa çalışır.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər