Bizi sosial şəbəkələrdən izləyin:
"Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə keçirilən qanuni etiraz aksiyalarının iştirakçılarına qarşı həyati təhlükə yaradan təcrübələrdən istifadə edir"
Moderator.az-ın "Qruziya onlayn" portalına istinadla verdiyi xəbərə görə, Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının bəyanatında belə deyilir.
Təşkilatın məlumatına görə, bir-biri ilə paralel olaraq aktiv xüsusi vasitələrdən, məsələn, su şırnaqları və onlara qarışdırılmış bibər qazları istifadə olunur. Bundan əlavə, kadrlarda müəyyən kapsulları atan silahları olan insanlar görünür.
“Qeyd edək ki, insan hüquqlarına tamamilə uyğun gəlməyən nümayişlərin dağıdılması praktikasını sadələşdirmək məqsədilə vasitələrin eyni vaxtda və ya paralel istifadəsinə qoyulan qadağa Daxili İşlər Nazirliyi tərəfindən dəyişdirilərək ləğv edilib”.
Gənc hüquqşünasların fikrincə, bu gün qeyri-qanuni inzibati həbslər və fiziki təzyiqlər paralel gedir.
“Zorakılığın dərəcəsi və bu cür faktların çoxluğu xüsusi təyinatlıların vətəndaş mövqeyinə görə etirazçılara qarşı qeyri-qanuni ümumi əmri yerinə yetirdiyini qiymətləndirməyə əsas verir”, - QHT-nin bəyanatında deyilir.
S.Laçın