“Ermənistan sülh mesajları ilə revanşist niyyətləri üçün vaxt qazanmağa çalışır”
Ekskluziv
522
19:21, Bu gün

“Ermənistan sülh mesajları ilə revanşist niyyətləri üçün vaxt qazanmağa çalışır”

“Azərbaycan və Ermənistan arasında sülh məsələsi ilə əlaqəli verilən mesajlara baxmayaraq, tərəflərin hərbi xərcləri artırması, Ermənistanın silah-sursat, həm də hücum silahları alması belə bir fikir yaradır ki, verilən sülh mesajları sadəcə gələcək hərbi qarşıdurma üçün vaxt qazanmaq məqsədi daşıyır”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Azər Qasımov bildirib. Ekspert qeyd edib ki, İrəvan revanşist xəyallar qursa da, Azərbaycanın Ermənistan qarşısındakı üstünlyü göz önündədir:

 

“Tək Ermənistanın yox, elə Azərbaycanın da planlarında sanki yeni müharibə reallığı qarşıdakı planları həyata keçirilməsi baxımından əhəmiyyət kəsb edir. Tərəflər bir-birilərini silah almaqda ittiham edirlər. Təbii ki, alınan silah bir gün istifadə edilmək üçün alınır. Hər iki ölkənin reallıqları baxımından müharibənin onlara gətirəcəyi divident maraq doğurur. Ermənistanın təbii ki, yeni müharibədən uğurla çıxması amili ona regiondan kənar ölkələrin verdiyi zəmanətlə ölçülərsə, Azərbaycanın belə bir yeni müharibədən uğurla çıxması əməliyyatlar sahəsində böyük ehtimaldırsa, siyasi baxımdan bir qədər problemlidir. Ermənistana verilən zəmanətlər fonunda ancaq qısa müddətli müharibə planları cızıla bilər. Bu da Ermənistanın danışıqlar masasına əli güclənmiş oturmasına təminat yaratmaq məqsədi daşıya bilər. Azərbaycan isə baş verəcək qısa müddətli müharibədən hər hansı səbəbdən məğlub, ya qələbə ilə çıxmasından asılı olmayaraq, hansı ki, bu nəticələr şərti olaraq deyilir, itirəcəyi bir şey olmaz. Çünki son nəticə Azərbaycanın istəyinin həyata keçməsindən asılı olacaq.

Pərdə arxasında sülh müqaviləsi danışıqlarında əsas predmet Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsi dayanır. Azərbaycanın tələbi bu yöndədir. Üzdə olan sülhə mane olan məsələlər görüntü xatirinədir. Qərb isə bunu yaxına qoymur. Sülh müqaviləsindən sonra isə ermənilərin Qarabağa qayıtması tələbi qoyulacaq. Deyilənlər fonunda yeni müharibə qeyd edilən məsələlərdə həlledici olacaq. Tərəflər nəticəyə görə hərəkət edəcəklər. Amma hesab edirəm ki, Ermənistan Azərbaycan qarşısında əzici zəifliyini yaxşı bilir. Buna rəğmən hansısa avantürist addım erməni toplumunun məhvinə bərabər hərəkət olar”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər