Ekskluziv
567
14:25, Bu gün

"Güclü Ukrayna Trampın Rusiya ilə sülh sazişinə nail olmaq şansını artıracaq" - "Business İnsider"

 
"Tramp Ukraynaya dəstək verəcəyini vəd edərsə, Putinin sazişə getmək üçün daha çox stimulu olacaq..."
 
Əhəmiyyətli sülh sazişinə yalnız Ukraynaya dəstək vermək və onun güc mövqeyindən danışıqlar aparmaq imkanını təmin etməklə nail olmaq olar.
 
Moderator.az xəbər verir ki, bu barədə "Business İnsider" nəşri yazıb.
 
Analitiklərin fikrincə, əgər Donald Tramp Ukraynanı güclü vəziyyətə gətirərsə, Rusiyanı danışıqlara sövq etmək və sülh sazişinə nail olmaq üçün daha çox şansları ola bilər, nəşr yazıb.
 
Nəşr xatırladır ki, Tramp Ukraynada müharibənin dayandırılmasını özünün prioritet vəzifəsi olduğunu bəyan edib. Bu zaman o, əvvəllər Ukraynanın işğal edilmiş ərazilərini Rusiyaya verməyi təklif edən istefada olan general-leytenant Kit Kelloqu Ukrayna müharibəsi üzrə xüsusi elçisi təyin edib.
 
"Lakin Avropanın hərbi və siyasi liderləri xəbərdarlıq edir ki, Rusiyanın daha çoxunu əldə etməsinə imkan verən sövdələşmə, böyük ehtimalla, gələcək mübaqişənin yalnız prelyudiyası olacaq", - nəşr yazıb.
 
Analitiklər qeyd edir ki, əhəmiyyətli sülh sazişinə Ukraynaya dəstək vermək və onun danışıqları güc mövqeyindən aparmaq imkanını təmin etməklə nail olmaq olar.
 
"Chatham House"-da Rusiya və Avrasiya üzrə proqramın kiçik elmi əməkdaşı Con Laf hesab edir ki, Ukraynadan imtina edilməsi və bunun nəticəsində Rusiyanı Avropada strateji irəliləməsi Trampın zəifliyini göstərə və ABŞ-ın başlıca qlobal rəqiblərini hərəkətə gətirə bilər.
 
Ekspertlər deyir ki, bunun əvəzinə Ukrayna Rusiyanı çəkindirməyə imkan verən vəziyyətə gətirilməlidir.
 
"İstənilən sövdələşmə onsuz da sülhün qorunub saxlanılması üçün ABŞ-ın bu və ya digər formada dəstəyini nəzərdə tutacaq. Rusiyanı bundan sonra da təcavüzdən çəkindirmək üçün Ukrayna öz Silahlı Qüvvələrinin səmərəliliyini qoruyub saxlamalıdır", - Laf deyib.
 
Vaşinqtondakı Makkeyn İnstitutunun icraçı direktoru Evelin Farkas qeyd edib ki, əgər Kiyevə dəstəyin zəiflədiyini hesab edərsə, Putinin Ukrayna ilə sülhə nail olmaq üçün stimulları olmayacaq. 
 
Eyni zamanda Trampın Ukraynaya ərazilərini geri almaq və Rusiya ərazisini əlində saxlamaq üçün bütün zəruri olanlarla təmin etmək təhdidləri "Putinə təzyiq göstərəcək, çünki bu müharibə Rusiyada populyarlıq qazanmayıb", - Farkas deyib.
 
"Əgər o, hesab etsə ki, zaman Ukraynanın tərəfindədir, deməli, Tramp Ukraynaya dəstək verəcək, o zaman onun sövdələşmə bağlamaq üçün daha çox motivasiyası olacaq. Nəticə etibarilə Ukraynada möhkəm sülhə nail olmaq ondan üz döndərməklə deyil, Rusiyanın çəkindirilməsindən asılı olacaq", - o, qeyd edib.
 
Rusiya ilə danışıqlar - son xəbərlər
 
Xəbər verildiyi kimi, Donald Tramp, guya, Ukrayna üçün sərfəli sülhə nail olmağı planlaşdırır, bunun bədəlini isə Kiyev öz resursları ilə ödəyəcək.
 
Bu zaman NATO baş katibi Mark Rütte vurğulayıb ki, NATO və ABŞ rusiyalılara sərf etməyən saziş əldə etmək üçün Ukraynanın indikindən daha güclü mövqedə olduğuna əmin olmalıdır.  
 
O, həmçinin əmin olduğunu bildirib ki, NATO və Tramp Putini Ukraynada müharibəyə son qoyulması üzrə danışıqlar masası arxasında əyləşməyə inandıra biləcək.
Link kopyalandı!
Son xəbərlər