Putin Kiyevdə qərarlar qəbul edilən mərkəzə zərbələrlə təhdid edib
Ekskluziv
850
13:15, Bu gün

Putin Kiyevdə qərarlar qəbul edilən mərkəzə zərbələrlə təhdid edib

 
"Bu, sadəcə, Putinin inanılmaz total qorxusunun əlamətidir..."
 
Rusiya Müdafiə Nazirliyi və Baş Qərargahı ballistik raketlərlə yeni zərbələr üçün hədəfləri müəyyənləşdirir və belə hədəflər kimi "Kiyevdə qərarlar qəbul edilən mərkəzlər ola bilər".
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin noyabrın 28-də Astanada KTMT ölkələrinin sammitində bəyan edib. Məlumatı "dw.com" nəşri yayıb.
 
"Hazırda Müdafiə Nazirliyi məhvetmə hədəflərini seçməkdədir, bunlar hərbi obyektlər, müdafiə sənayesi müəssisələri və ya Kiyevdə qərarlar qəbul edilən mərkəzlər ola bilər", - Putin bəyan edib.
 
Onun sözlərinə görə, Rusiya Ukrayna Silahlı Qüvvələrinin Amerika və Britanyanın uzaqvuran raketlərilə Bryansk və Kursk vilayətlərinə endirdiyi zərbələrə cavab olaraq raketlətin "döyüş sınaqlarını" davam etdirəcək. 
 
Putinin cəmi bir neçə gün öncə "Oreşnik" raketlərinin istehsalına başlanılması barədə göstəriş verdiyi bəyanatına rəğmən, Astanada o, bəyan edib ki, Rusiyanın arsenalında artıq istifadəyə hazır olan bir neçə belə raket var.
 
"Oreşnik"' raketlərinin kütləvi istehsalı artıq başlayıb. Bu raketlətdən kütləvi şəkildə və qrup halında tətbiq ediləcəyi təqdirdə zərbənin gücü nüvə silahının tətbiqi ilə müqayisə ediləcək qədər olacaq", - o, vurğulayıb. Onun sözlərinə görə, bu gün Rusiyada NATO ölkələrindən 10 dəfə çox raket istehsal edilir.
 
ABŞ Rusiya tərəfindən nüvə zərbəsini az ehtimal hesab edir
 
ABŞ-ın Ukraynaya Amerika silahı ilə Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verməsi nüvə hücumunun riskini artırmayıb, bu, az ehtimal ediləndir. Bu barədə "Reuters" agentliyi Amerika kəşfiyyatındakı mənbələrə istinadən məlumat verib.
 
Ötən həftə Rusiya tərəfindən "Oreşnik" ballistik raketinin buraxılışı Vaşinqton və onun Avropa müttəfiqlərinə xəbərdarlıq kimi düşünülüb, amma bu nəticəni dəyişməyib.
 
Vaşinqton Rusiyanın nüvə eskalasiyasına can atacağını hesab edir, o, ABŞ tərəfindən hesab etdiyi eskalasiyaya cavab verməyə cəhd göstərəcək. Yeni raket sınağı bu səylərin bir hissəsidir. 
 
Agentlik qeyd edir ki, eskalasiya barədə narahatlıq şişirdilib. Lakin Ukraynada vəziyyət təhlükəli olaraq qalır və nüvə eskalasiyası istisna edilmir.
 
Bu arada isə Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Putinin bu bəyanatını şərh edib. Onun sözlərinə görə, "bu, sadəcə, Putinin inanılmaz total qorxusunun əlamətidir".
 
"Putinin bu bəyanatları nəyi dəyişəcək ki? Bu bəyanatlar ənənəvi olaraq səsləndirilir. O, daima nüvə şantajı və birbaşa təhdidlərdən istifadə edir", - Podolyak deyib.
 
"Putini nəyəsə yalnız güc vasitəsilə məcbur etmək olar. O cümlədən söhbət iqtisadi gücdən gedir, neftin qiymətinin aşağı salınması, Rusiya banklarının sıfırlanması hesabına iqtisadi potensialın sıfırlanmasından gedir, Podolyak deyib.
 
"Putin primitiv məntiqə və aşağı intellektə malik şəxsdir. Onun silahdan başı çıxmır. O, istədiyi şeylərdən danışa bilər, o, çox qorxur, anlayır ki, bu müharibə istənilən halda onun təsəvvür etdiyi kimi başa çatmayacaq", - o, vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər