Analitik Tramp Ağ Evə gələnədək Ukrayna cəbhəsində gözlənilənlərdən danışdı... 
Ekskluziv
1007
11:52, Bu gün

Analitik Tramp Ağ Evə gələnədək Ukrayna cəbhəsində gözlənilənlərdən danışdı... 

“Ukrayna üçün, Qərb üçün nəsə əldə oluna bilərsə, yalnız Rusiyanın məğlubiyyəti sayəsində əldə oluna bilər.  Başqa variant yoxdur, ona görə ki, başqa variant Kremlin, Putinin təklif etdiyi variantdır...”
 
“Hər şey Ukraynaya veriləcək silahların effektivliyindən və miqyasından, yəni keyfiyyət və kəmiyyət göstəricilərindən asılı olacaq. Məsələn, biz gördük ki, Ukrayna Britaniyanın “Storm Shadow” uzaqmənzilli raketlərindən kifayət qədər effektiv istifadə etməyə start verəndən sonra Rusiya ciddi itkilər verməyə başladı. İşğalçı ölkənin itkiləri o həddə çatdı ki, hətta Cənub qoşunları komandanı vəzifəsindən azad edildi. Düzdü, informasiya mənbələri bir o qədər də etibarlı deyil... Amma bütün hallarda ağır itkilərdən söhbət gedir. O cümlədən də Rusiya ordusunun...” 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında “Rusiyanın Ukrayna ərazisinə qitələrarası ballistik raket atılmasından sonra yanvarın 20-dək, yəni Trampın rəsmən vəzifələrinin icrasına başlayadək Rusiya-Ukrayna cəbhəsində hadisələrin inkişafını necə görürsünüz?” sualını cavablandırarkən siyasi təhlükəsilzik məsələləri üzrə ekspert Ərəstun Oruclu ifadə edib. 
 
“Ukrayna üçün, Qərb üçün nəsə əldə oluna bilərsə, yalnız Rusiyanın məğlubiyyəti sayəsində əldə oluna bilər.  Başqa variant yoxdur, ona görə ki, başqa variant Kremlin, Putinin təklif etdiyi variantdır. Bu isə faktiki olaraq Ukrayna dövlətinin suverenliyini, müstəqilliyini itirməsi, onun ərazi bütövlüyünün pozulması, parçalanması, vassal bir dövlətə çevrilməsi və s. kimi təhlükəli bir ssenari vəd edir. Ukrayna xalqı və Avropa buna gedəcəklərmi? Hesab edirəm ki, getməyəcəklər. Ona görə getməyəcəklər ki, bu, Putini ruhlandırmaq, onu yeni hərbi təcavüzlərə sövq etmək olacaqdı. İndi Avropa ölkələri öz təhlükəsizlikləri naminə Ukraynanı silahlandırmaqda daha maraqlı olacaqlar.  Həm də ona görə ki, Tramp administrasiyaya gəldikdən sonra Birləşmiş Ştatların Ukrayna məsələsində xeyli geriyə çəkiləcəyi ehtimalı mövcuddur”, - deyə davamında analitik vurğulayıb.
 
Sultan Laçın 
 
Link kopyalandı!
Son xəbərlər