23:58
8°C
Bakı
Rusiyanın sonuncu dron hücumu Ukraynada bir milyondan çoxu evi elektriksiz qoyub.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ mənbələri məlumat verib. Məlumatda qeyd olunur ki, Rusiya yaxın günlərdə elektrik obyektlərinə, enerji infrastrukturuna növbəti hücumlar həyata keçirməyi planlaşdırır. Məqsəd qışın yaxınlaşması ilə istiliyə daha çox ehtiyac duyulduğu bir zamanda Ukraynanı enerjidən məhrum etmək, bu ölkədə humanitar fəlakət yaratmaqdır.
Görünən odur ki, Kreml üç ildir ki, rus silahının bacarmadığını təbiətin əli ilə etməyə çalışır. Məqsəd Ukraynanı soyuğa məhkum etmək və bununla da xalqın mübarizə əzmini qırmaqdır. Rusiyanın bu taktikasının nə qədər effektiv olub-olmadığını isə zaman göstərəcək.
Seymur ƏLİYEV