Bizi sosial şəbəkələrdən izləyin:
Yeni il bayramı tətil etmək və müxtəlif ölkələrin unikal adət-ənənələrini yaşamaq üçün əla fürsətdir. Ölkə daxilində yeni il axşamı restoranların qiyməti "od tutub yanır". Yeni il axşamı bölgələrdə yerləşən otellərdə vəziyyət paytaxtdakından fərqlənmir. Belə olduğu təqdirdə isə insanlar o büdcə ilə yeni ili xaricdə keçirməyə üstünlük verirlər. Bəs görəsən, azərbaycanlılar yeni il axşamı hansı ölkələrdə keçirməyə üstünlük verirlər?
Mövzu ilə bağlı "Multiviza" şirkətinin rəhbəri, viza mütəxəssisi Murad Əliyev Moderator.az-a danışdı.
"Vətəndaşlarımız daha çox İtaliya, ABŞ, Fransa kimi ölkələrdə istirahət etməyə üstünlük verirlər. Bu, daha çox səyahət etmək istəyən müştərilərin hansı ölkəyə viza alıb-ala bilməməsi ilə də bağlıdır. Belə ki, konsulluqlarda bəzilərində yer yoxdursa, viza ala biləcəkləri ölkələrə getməyi planlaşdırırlar. Bəzi ölkələrdə biletlər daha ucuzdur deyə bu vətəndaşlara daha çox sərf edir. Məsələn, Bakıdan Budapeşətə, Romaya ucuz hava yolları var və bununla səyahət etmək maddi olaraq daha sərfəlidir.
Səyahəti sevən vətəndaşlarımız isə daha çox İtaliyaya, Amerikaya, Fransaya getmək üçün bizə müraciət edirlər. İtaliyaya müraciət daha çoxdur. Polşaya biletlər ucuz olduğu üçün ora müraciət edənlər daha çoxdur. Ümumilikdə, götürəndə səyahətlər bir qədər bahadır".