Rusiya ABŞ-a bu SƏBƏBDƏN YENİ SƏFİR TƏYİN EDƏCƏK 
Ekskluziv
515
11:16, Bu gün

Rusiya ABŞ-a bu SƏBƏBDƏN YENİ SƏFİR TƏYİN EDƏCƏK 

Rusiya Federasiyası ABŞ-a yeni səfir təyin etmək qərarına gəlib. Bu vəzifəyə Rusiyanın Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin direktoru, həmçinin Kanadada keçmiş səfir olan Aleksandr Darçiyev namizəd göstərilib. Aleksandr Darçiyevin təyinatı ABŞ və Rusiya arasında münasibətlərin ən gərgin olduğu bir dövrə təsadüf edir.  Bəs görəsən səfir ikitərəfli münasibətlərdəki dərin çatları aradan qaldıra biləcəkmi? Bunun üçün hansı addımları atacaq?
 
 
Mövzu ilə bağlı Moderator.az-a iqtisadçı alim Rüfət Quliyev danışıb.O, Rusiya Prezidenti Vladimir Putinin  və Azərbaycan Prezidenti İlham Əliyev arasındakı görüşlərdə strateji müttəfiq olduğumuzu dəfələrlə qeyd etdiyini vurğulayıb:
 
““Azərbaycan və Rusiyanın vaxtilə vahid ittifaqda yer alması qarşılıqlı münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Ölkələr arasında əlaqələr hazırda sürətlə inkişaf etdirilir” Müxtəlif məkanlarda deyirlər ki, “dünyanın bu təlaşlı vaxtında  Rusiya ilə dost və müttəffiq münasibətləri qurmaq nə qədər doğrudur?”. Qeyd etmək istəyirəm ki, istənilən ölkə ilə Azərbaycan iqtisadi, siyasi, ticari və sair…formada əlaqə qurmağa hazırdır.  Misal olaraq bildirim ki, xalqımızın qələbəsini qəbul edə bilməyən Fransa və bəzi Avropa ölkələri var ki,  onlarla necə normal münasibət qurmaq olar? Rusiya bizimlə tərəfdaşlıq istəyir və ölkəmiz də bu istəyi hörmətlə qarşılayır.
Hər hansı ölkə Azərbaycanla normal münasibət qurmağa hazırdı. Biz etiraz etmirik, bunun milyonlarla nümunəsi var. Nəzərə almaq lazımdır ki, Rusiya bizim üçün iqtisadi tərəfdən çox vacibdir, ixrac zamanı birinci üçlükdə həmişə Rusiya olub. Rusiyaya ölkəmizdə kifyət qədər istehsal olunan kənd təsərrüfatı və başqa məhsulları ixrac edirik”. 
Rüfət Quliyev vurğulayıb ki, yeni səfirin təyin olunması məsələsinə gəldikdə isə onun  öz dəsti xətti olacaq, amma yenə də səfir öz ölkənin rəhbərinin siyasətini həyata keçirən dövlət məmurudur:
 “Düşünürəm ki, yeni səfirin təyin olunması ilə bağlı daha çox burada maliyyə, iqtisadi, miqrasiya məsələləri, ikitərəfli münasibətlər və nəqliyyat  layihələrimiz daha da inkişaf edəcək.  Həmçinin Rusiyanın burada öz maraqları var”.
 
Link kopyalandı!
Son xəbərlər