Ekskluziv
661
27 Nov 2024 | 21:45

"Zelenski ərazi güzəştlərini nəzərdə tutan sülh planına imza atmayacaq" - Dmitri Kuleba

"Tramp Ukraynaya yardımı dayandırarsa, rusiyalılar Dnepr, Poltava və Zaporojyedə peyda olacaq..."
 
Müharibədə ən böyük təhlükələrdən biri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynaya silah və döyüş sursatları tədarükünün dayandırılması olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna XİN sabiq rəhbəri Dmitri Kuleba bəyan edib. Məlumatı "Politico" nəşri yayıb.
 
"Az pəhriz" Trampın sülh planının iflasa uğrayacağı təqdirdə Kiyevin daha yolagələn olması cəhdi ola bilər. Bunun isə nəticələri dəhşətli olacaq. "Donbasda cəbhə xətti dağılacaq, rusiyalılar Dnepr, Poltava və Zaporojyedə peyda olacaq. Bu, Ukrayna üçün müharibədə ən təhlükəli məqam olacaq", - o, deyib.
 
Kuleba müharibənin eskalasiyasının davam edəcəyini gözləyir, lakin hesab edir ki, o, nəzarətdən çıxmayacaq, bütün tərəflər öz hərəkətlərini ölçüb-biçəcək və fəlakətli nəticələri olan yanlışlıqlardan yan keçəcək.
 
Sabiq nazirin fikrincə, əgər Tramp həqiqətən Ukraynanı yardımdan məhrum edərsə, Avropanın mövqeyi həlledici olacaq. O, hələlik əmindir ki, Avropa İttifaqı itkiləri və ya ABŞ yardımının azalmasını kompensasiya etmək üçün cavab addımları atacaq.
 
"Avropalıların iki variantı var: ya onlar gözləmə taktikasını seçəcək və Trampın ardınca gedəcək, ya da onların daha çox məsuliyyət daşımalı olacağını qəbul edəcək", - Kuleba izah edib.
 
O, Qərbdə bir çoxlarının bu müharibənin vacibliyi və nəticələrini anlamadıqlarına görə məyusluğunu ifadə edib. "Rusiya bu müharibənin strateji məqsədini detallarınadək dəqiq bilir. Ukrayna da həmçinin. Amma Qərb nəyin uğrunda mübarizə apardığını bilmir. Bu müharibənin əsl faciəsi budur", - o, deyib.
 
Kuleba əmindir ki, Putin və Zelenski Trampın planı üzrə sövdələşmə bağlamağa razı olmayacaq. O, hesab edir ki, Rusiyanın müttəfiqləri Ukraynanın tərəfdaşlarından daha qətiyyətli hərəkət edir. Qərb ölkələri dəstək məsələsində ardıcıl və etibarlı olmayıb. Diplomat əmindir ki, Rusiya diktatoru Ukraynada müharibəyə son qoyulmasına hazır deyil.
 
"Putin hələ də Ukrayna dövlətçiliyini məhv edəcəyinə və Ukraynanı müstəqil demokratiya kimi çökdürə biləcəyinə əmindir. Ukrayna Putinin şəxsi mübtəlasıdır, amma Ukraynanın çöküşü onun böyük məqsədinin-Qərbin özünü müdafiə edə bilməyəcəyini bütün dünyaya nümayiş etmək arzusunun gerçəkləşməsi üçün vasitədir", - Kuleba deyib.
 
Kuleba Trampın ərazi güzəştlərini nəzərdə tutan sülh planının işlək olmayacağını bəyan edib. "Donbas, Krım ruslara qalır, NATO üzvlüyündən söhbət getmir. Zelenski belə sazişə imza ata bilərmi? O, bunu Konstitusiyaya görə edə bilməz. Çünki bu, Zelenskinin siyasi sonu olacaq", - Kuleba izah edib.
Link kopyalandı!
Son xəbərlər