Bakıya qar yağacaq? -
Ekskluziv
1305
17:15, Bu gün

Bakıya qar yağacaq? - "Yaxın günlərdə..." - RƏSMİ AÇIQLAMA

Türkiyədə İstanbul və Ankara da daxil olmaqla ölkənin bir çox şəhərinə güclü qar yağıb.  Qonşu ölkələrə yağan qardan bəs bizdə niyə yoxdur? Bəs görəsən paytaxtımıza ilk qar nə zaman yağacaq? 

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova Moderator.az-a açıqlamasında qısamüddətli proqnozların daha etibarlı olduğunu və yaxın zaman ərzində paytaxtımıza qarın yağması ilə bağlı hər hansı proqnozun olmadığını bildirdi. 

"Qış ayları hələ qarşıdadır. İndidən qarın nə zaman yağacağı ilə bağlı  proqnoz vermək çətindir. Onu bildirim ki, yaxın günlərdə Bakıya qar yağma ehtimalı çox aşağıdır. Paytaxtımıza qarın  yağması üçün tempratur göstəriciləri əlverişli olmalıdır. Hazırda Bakı üçün tempratur göstəriciləri qar yağması üçün  şərait yaratmır. Bu da o deməkdir ki, yaxın günlərdə Bakıya qar yağma ehtimalı yoxdur". 

Link kopyalandı!
Son xəbərlər