19:55
10°C
Bakı
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova Moderator.az-a açıqlamasında qısamüddətli proqnozların daha etibarlı olduğunu və yaxın zaman ərzində paytaxtımıza qarın yağması ilə bağlı hər hansı proqnozun olmadığını bildirdi.
"Qış ayları hələ qarşıdadır. İndidən qarın nə zaman yağacağı ilə bağlı proqnoz vermək çətindir. Onu bildirim ki, yaxın günlərdə Bakıya qar yağma ehtimalı çox aşağıdır. Paytaxtımıza qarın yağması üçün tempratur göstəriciləri əlverişli olmalıdır. Hazırda Bakı üçün tempratur göstəriciləri qar yağması üçün şərait yaratmır. Bu da o deməkdir ki, yaxın günlərdə Bakıya qar yağma ehtimalı yoxdur".