Rusiyada daha bir
Ekskluziv
405
17:55, Bu gün

Rusiyada daha bir "xarici agent" terrorçuluğun təbliğində ittiham edilir

 
"Biz az qala hər gün Rusiya şəhərlərinə dronlar hücumuna rast gəlirik, bu, dəhşətlidir, amma mən buna sevinirəm..."
 
Moskva Prokurorluğu tanınmış rusiyalı teleaparıcı, yumor ustası, müğənni, bloger və sabiq "Şən və Hazırcavablar Klubu"nun iştirakçısı, Rusiya Ədliyyə Nazirliyi tərəfindən "xarici agent" kimi tanınan Tatyana Lazareva barəsində terrorçuluğun təbliğ edilməsi işi üzrə ittiham rəyini rəsdiq edib.
 
Moderator.az xəbər verir ki, bu barədə SİTA agentliyi məlumat yayıb.
 
"Cinayət işi mahiyyəti üzrə baxılması üçün 2-ci Qərb  Dairəsi Hərbi Prokurorluğuna göndəriləcək, - idarənin mətbuat xidmətinin məlumatında deyilir. - Lazareva barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilib, o, beynəlxalq axtarışdadır".
 
Prokurorluq dəqiqləşdirib ki, Lazareva Rusiya CM 205.2 maddəsinin 2-ci hissəsi ilə- terrorçuluq fəaliyyətinə açıq çağırışlar, kütləvi informasiya vasitələri, yaxud elekteon və ya informasiya-telekommunikasiya şəbəkələrindən, o cümlədən internetdən istifadə etməklə terrorçuluğa haqq qazandırlması və ya terrorçuluğun təbliğində ittiham olunur.
 
İttiham versiyasına görə, 2023-cü ilin avqustunda teleaparıcı "Qrem başlayıb" proqramına müsahibəsində, Prokurorluğun qənaətinə görə, "Rusiya şəhərlərinə pilotsuz uçuş aparatlarından istifadə etməklə terror hücumlarının həyata keçirilməsinə icazə verilməli olduğu barədə açıq bəyan edib, bununla da terrorçuluğa açıq şəkildə haqq qazandırıb".
 
"Yevgeni Priqojinin qiyamı baş tutuandan bəri mən,  yeri gəlmişkən, öz hisslərimi çox izləyirəm, - Lazareva deyib. - Demək olar ki, hər gün biz Rusiya şəhərlərinə dronlar hücumuna rast gəlirik, bilirsiniz, bu, dəhşətlidir, amma mən buna sevinirəm".
 
Bu ilin iyun ayında Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidməti Lazarevanı terrorçular və ekstremistlər siyahısına salıb. İyul ayında Moskvanın Zamoskvaretsk Məhkəməsi onu qiyabi olaraq həbs edib. Əgər o, Rusiya ədalət məhkəməsinin əlinə keçərsə, onu yeddi ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
 
Xatırladaq ki, Lazareva bir çox illər ərzində Putin rejimini açıq şəkildə tənqid edir. 2011-ci ilin dekabrında o, Bolotnaya meydanında natiqlərdən biri olub. 2011-ci ilin oktyabrında Lazareva Rusiya müxalifətinin Koordinasiya Şurasına daxil olub.
 
O, həmçinin "Sozidaniye" Xeyriyyə Fondu Şurasının üzvüdür. 2022-ci ilin iyulunda teleaparıcı "xarici agentlər" siyahısına daxil edilib. Bu siyahıda onun həyat yoldaşı, bloger və yumor ustası Mixail Şats da var. Hər ikisi Ukraynaya qarşı tammiqyaslı müharibə başlanandan Rusiyanı tərk edib.
Link kopyalandı!
Son xəbərlər