Ekskluziv
216
15:41, Bu gün

"Rusiyanın KXDR ilə əlaqələri Çini qıcıqlandırır" - "The Guardian"

 
"KXDR Rusiyanın hərbi müttəfiqidir, Pekin bunun Şərqi Asiyada vəziyyətə təsir edəcəyindən ehtiyat edir..."
 
Çin Rusiya Federasiyasının Şimali Koreya ilə artan əlaqələrindən narahatdır, Pekin bütün bunlara görə diskomfort keçirir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, bu fikirləri Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində keçirilən seminarda ABŞ Dövlət katibinin müavini Kurt Kempbell söyləyib.
 
Onun sözlərinə görə, KXDR-in Rusiya ilə qarşılıqlı əlaqəsi çinli həmsöhbətlər üçün getdikcə naqolay mövzuya çevrilir.
 
"Bəzi diskusiyalarda belə təəssürat oyanır ki, biz onların bilmədiyi şeylərdən məlumat veririk. Onlar Rusiyanın şirnikləşdirməsinin KXDR-i Çinin maraqlarına cavab verməyən hərəkətlərə sövq edə biləcəyindən narahatdır".
 
Pekin həmçinin ehtiyat edə bilər ki, belə "hərbi sövdələşmə" Vaşinqtona Şərqi Asiyada Cənubi Koreya və Yaponiya ilə alyanslar şəbəkəsi formalaşdırmağa kömək edəcək, bunu Yaponiya XİN rəhbəri bəyan edib.
 
KXDR qoşunlarının müharibəyə göndərilməsinə Çinin münasibəti
 
Xatırladaq ki, Pekin KXDR qoşunlarının Rusiya ərazisinə göndərilməsi barədə heç bir məlukata malik olmadığını bəyan edir.
 
Pekin əmin edir ki, Ukraynada müharibənin diplomatik nizamlanmasını dəstəkləyir, lakin ABŞ müntəzəm olaraq onu Rusiyaya dəstək verməkdə qınayıb.
 
Ukraynanın sabiq XİN rəhbəri Dmitri Kuleba hesab edir ki, hazırda KXDR Çin üçün "enfant terrible", yəni "müdhiş körpədir".
Link kopyalandı!
Son xəbərlər