“Trampın bu mövzuda İranla yeni danışıqlara başlaması ağlabatan deyil...”-Sabiq səfir
Ekskluziv
402
14:50, Bu gün

“Trampın bu mövzuda İranla yeni danışıqlara başlaması ağlabatan deyil...”-Sabiq səfir

“Deyərdim ki, son 70 il ərzində İran dövləti də, xalqı da həm daxili iqtisadi, siyasi problemləri,  həm də beynəlxalq siyasəti ilə bağlı ən ağır günlərini yaşayır...”
 
Xəbər verildiyi kimi, dünən – noyabrın 25-də beynəlxalq mediada İranın İngiltərə, Fransa, Almaniya və Avropa İttifaqı ilə 6 böyük güc, o cümlədən 3 Avropa ölkəsi və ABŞ arasında dayandırılmış 2015-ci ildə imzalanmış nüvə sazişini bərpa etmək üçün bu ayın 29-da danışıqlar aparacağı haqda məlumat yayılıb.  Görəsən,  2018-ci ildə ilk administrasiyası zamanı Tehranı uranı zənginləşdirməkdə və sazişin müddəalarına zidd olaraq, qadağan olunmuş silahlar hazırlamaqda ittiham edərək həmin sazişdən çıxmış yeni seçilmiş ABŞ prezidenti Donald Trampın bu dəfə məsələyə münasibəti dəyişəcəkmi?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov bunları söyləyib:
 
“Bəli, ilk prezidentliyi dövründə Tramp həmin nüvə sazişindən birtərəfli şəkildə çıxdı, ona görə də onun bu mövzuda İranla yenidən danışıqlara başlaması ağlabatan deyil. Bu məsələdə də müsbət tərəfə heş bir şey görünmür... 
 
Siyasətdə xüsusən də böyük siyasətdə belə bir prinsip var: vaxtilə buraxılmış səhvlərin nəticəsi gec-tez özünü büruzə verir.   Əgər bu gün hansısa dövlət rəhbərliyi digər bir dövlətə münasibətdə və yaxud daxili siyasətdə bir ciddi səhvə yol verirsə, nə vaxtsa bunun əziyyətini çəkməlidir. Müəyyən bir vaxt keçə bilər; az və ya çox, amma qayıdıb o səhvləri düzəltmək çox çətin olur,  buna vaxt çatmır. Həmin səhvləri düzəltmək mövcud situasiyadan, bir çox məsələlərin gedişatından, əsas oyunçuların mövqeyi və şəxsiyyətlərdən asılı qalır. Məhz son 40-45 il ərzində Qərb ölkələrinə, o cümlədən Birləşmiş Ştatlarla münasibətlərdə yol verdiyi səhvlərə görə İran bu gün bir çox məsələlərdə, o cümlədən nüvə proqramı məsələsində böyük əziyyətlər şəkir. Deyərdim ki, son 70 il ərzində İran dövləti də, xalqı da həm daxili iqtisadi, siyasi problemləri,  həm də beynəlxalq siyasəti ilə bağlı ən ağır günlərini yaşayır... Ona görə də heç olmasa bundan sonrakı siyasətində rəsmi Tehran ölkənin taleyüklü məsələlərində ciddi səhvlərə yol verməməlidir..."
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər