“Ayda 10-15 adam ölür” - Qala-Pirallahı yolu can almaqda davam edir-sakinlər ÇARƏSİZ qalıb - ŞİKAYƏT
266
14:37, Bu gün

“Ayda 10-15 adam ölür” - Qala-Pirallahı yolu can almaqda davam edir-sakinlər ÇARƏSİZ qalıb - ŞİKAYƏT

“Xəzər rayonu, Pirallahı yolu, Qala kəndi, yeni yaşayış massivindəki yollar təhlükə saçır. Ələxsus da döngə 7, 8, və 9-da. Yaxınlıqda heç bir piyada keçidi yoxdur. Ən yaxın keçid isə dayanacaqdan 3 kilometr uzaqlıqda yerləşir. Bizə əl işıqforu lazımdır ki, insanlar yolu keçə bilsin. Gəlib baxıb deyiblər ki, yol ensizdir, bura piyada zolağı çəkmək olmaz. Amma əl işıqforu qoymaq olar. Nə bələdiyyə, nə də İcra Hakimiyyəti bir çarə qılır. Aşağıda lazımsız yerə iki əl işıqforu quraşdırdılar. Halbuki məsafə də 1 kilometr ancaq olardı”.
 
Bunu Moderator.az-a açıqlamasında Qala kənd sakinləri bildirib.
 
Onlar daha sonra bu yolda bir çox qəzaların baş verdiyini vurğulayıblar:
 
“Bir gündə 3-4 dəfə qəza, ölüm hadisəsi baş verir. 2 həftə əvvəl yenə də qəza baş verdi, avtomobil oğlanı vurub öldürdü. Nə yerüstü, nə də yeraltı keçid var. Qəzalarda daha çox məktəbli şagirdlər, azyaşlılar xəsarət alır. Bura yaxın məktəb də fəaliyyət göstərir. Bizim bütün işimiz bu yoldan keçir. Hara gediriksə bu yoldan gedirik. Ən azından bu yolun sürəti saatda 100 km-dir. Nə görüntü kamerası, nə də radar var. Sürücülər bəzən hadisədən yayına da bilirlər. Bu yolun yalnız Qala kəndinə giriş hissəsində piyada keçidi var. O tərəfdə heç yaşayış da çox deyil. Yaşayış əsas döngələrdədir. Dəfələrlə müraciətlər etmişik, deyiblər ki, əraziyə baxış keçirib, təhlillər aparacağıq. Heç bir tədbir görülmür. Deyirlər ki, pul ayrılsın yerüstü piyada keçidi inşa ediləcək. Nə vaxt? İnsanlar ölüb-gedəndən sonra?” deyə şikayətçilər bildirib.
 
P.S. Mövzunu davam etdirəcəyik.
 
Link kopyalandı!
Son xəbərlər