Dünyanın ən ölümcül silahı ilə yaşamaq və işləmək əzabı: “Nüvə yorğunluğu!”
Ekskluziv
531
25 Nov 2024 | 20:41

Dünyanın ən ölümcül silahı ilə yaşamaq və işləmək əzabı: “Nüvə yorğunluğu!”

ABŞ-da təxminən 10 minə qədər hərbçi “nüvə yorğunluğu”ndan əziyyət çəkir.

 

Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat verib. Məlumata görə, əsasən ABŞ-ın qərb hissəsindəki ucsuz-bucaqsız düzənliklərdə minlərlə ABŞ hərbçisi nüvə başlıqlı ballistik raketləri günün 24 saatında xəbərdarlıq rejimində saxlamaqda, onlara fasiləsiz nəzarət etməkdədir. Onların əsas vəzifəsi günün istənilən anında raket buraxılışına hazır olmaqdır.

 

Nəşr bildirir ki, uzun müddət təcrid olunmuş şəraitdə nüvə başlıqlı raketlərlə işləmək, gərgin iş rejimi, tam məxfiçilik və sərt qaydalar hərbçiləri zamanla yorğun salmaqda, onların psixologiyasına mənfi təsir göstərməkdədir. Bu səbəbdən də yuxarı komandanlıq bu kateqoriyadan olan hərbçilərdə mənəvi-psixoloji yorğunluğu aradan qaldırmaq üçün  əlavə tədbirlər həyata keçirilməsini vacib hesab edir.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər