“Rusiya raket texnologiyası hesabına ABŞ-a ciddi zərbə vurmaq potensialını qoruyub saxlayır”
Ekskluziv
784
18:30, Bu gün

“Rusiya raket texnologiyası hesabına ABŞ-a ciddi zərbə vurmaq potensialını qoruyub saxlayır”

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ raketlərinin Asiyada görünəcəyi təqdirdə, ölkəsinin orta və daha qısamənzilli raketləri həmin regionda yerləşdirə biləcəyini bildirib.

 

Maraqlıdır, Rusiyanın Ukrayna ilə müharibə fonunda ABŞ-la silahlanma yarışına qatılmaq potensialı varmı? Doğrudanmı Rusiya bir tərrəfdən qüvvətükədən müharibəni davam etdirib, digər tərəfdən ABŞ-ın hərbi addımlarına adekvat cavab verə bilər?

 

Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

 

“ABŞ-la Rusiya arasında silahlanma yarışı olsa, bu, assimetrik yarış olacaq. Ancaq şərt deyil ki, bir tərəf digər tərəfə qarşı eyni addımları atsın.

 

Rusiya bu cür açıqlamalarla ilk növbədə ABŞ-ın fəallığını azaltmağa çalışır. Rusiyanın malik olduğu hərbi potensial, xüsusilə də raket texnologiyası  - uzaqmənzilli və yaxımənzilli raketlər imkan verir ki, Moskva ABŞ-a ciddi zərbə vursun. Nüvə başlıqlarının sayına görə Rusiya bu gün də ABŞ-dan öndədir.

 

Bu da bir reallqıdır ki, ABŞ öz təhlükəsizliyini Ukraynaya görə qurban verməyəcək”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər