Azərbaycanda İsrail hərbi bazası var? - GENERAL AÇIQLADI 
Ekskluziv
826
17:46, Bu gün

Azərbaycanda İsrail hərbi bazası var? - GENERAL AÇIQLADI 

Türkiyəli general Osman Pamukoğlu qonaq olduğu televiziya verilişində əsassız bir açıqlama verib. O, qeyd edib ki, işğalçı İsrail rejiminin hərbi bazaları  Azərbaycanda mövcuddur və İran sərhəddinə yaxın ərazidə yerləşdirilib. Onun əsassız olan bu açıqlaması qınaqlara səbəb olub.
 
 
 
 
Mövzu ilə bağlı türk generalı Yücel Karauz Moderator.az-a danışdı. 
 
"Əvvəla onu deyim ki, mən 2011- 2013-cü illərdə Azərbaycanda hərbi atteşe olaraq çalışmışam. Ondan sonrakı illərdə  mütəmadi olaraq Azərbaycana gedib-gəlirəm. Bunu ifadə etmək lazımdır ki, bir ölkənin başqa bir ölkədə hərbi baza saxlaması beynəlxalq anlaşmalar çərçivəsində edilir. Bir ölkənin digər ölkədə hərbi aktivlərinin olması beynəlxalq müqavilələr çərçivəsində həyata keçirilən hadisədir. 2020-ci ilin noyabr ayının 9-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan Üçtərəfli bəyanata uyğun olaraq, Dağlıq Qarabağdakı keçmiş təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilən Rusiya sülhməramlı qüvvələri, həmçinin işğaldan azad olunmuş Ağdam rayonunun ərazisində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərirdi. Onlar da missiyalarını başa vurduqdan sonra Azərbaycan ərazisini tərk ediblər. Bu kontekstdən yanaşsaq, Rusiyanın Azərbaycan ərazisində yeganə daşınmaz hərbi obyekti Qəbələ RLS 2013-2014-cü ildə fəaliyyətini tamam dayandırdıqdan sonra, ölkədə hər hansı xarici ölkənin hərbi bazası yoxdur.
 
Ona görə də İsrailin Azərbaycan ərazisində başqa heç bir ölkənin İrana qarşı müharibə siyasəti yoxdur. Daim Azərbaycanı və regionu izləyən, bu ölkəyə gəlib-gedən biri kimi deyə bilərəm ki, belə bir qurumdan xəbərimiz yoxdur. Ona görə də Osman Pamukoğlu Paşanın hansı məlumat əsasında qiymətləndirmə apardığını bilmirəm. Amma belə bir şeydən söhbət gedə bilməz.
 İsrailin Azərbaycanda hərbi  bazasının mövcudluğu yoxdur. Ancaq nəinki İsrail, heç bir ölkənin Azərbaycanda öz silahlı qüvvələrinin hərbi bazası yoxdur. Təbii ki, baxdığımız zaman bu tip bəyanatları diqqətlə qiymətləndirmək lazımdır ki, onların beynəlxalq, dövlətlər arasında münasibətlərə, daha sonra isə dövlət münasibətlərinə necə təsir etdiyini görmək lazımdır. Bu qiymətləndirmələr bilərəkdən və ya bilməyərəkdən digər imperiya güclərinin və qlobal güclərin çörəyinə yağ sürür. Nəhayət, demək istəyirəm ki, bütün ərazisini işğaldan azad etmiş müstəqil, güclü, müasir Azərbaycan dövlətinin ərazisində heç bir dövlətin hərbi mövcudluğu yoxdur".
Link kopyalandı!
Son xəbərlər