"Biz raketlərlə bağlı Qərbi hətta ötüb keçə bilirik, lakin rəqəmsal texnologiyalar, rabitə və kosmosla bağlı vəziyyət heç ürəkaçan deyil..."
"Putinin beyni" yeni prinsiplər əsasında texnika yaratmağın zəruriliyini bəyan edib...
Rusiyalı filosof, "dördüncü siyasi nəzəriyyə"nin müəllifi Aleksandr Duqin Rusiya alimlərinə "yeni fizika" ilə məşğul olmağa çağırış edib.
Moderator.az xəbər verir ki, bu barədə "gazeta.ru" nəşri məlumat verib.
Aleksandr Duqinin sözlərinə görə, hal-hazırda bu elmin metodları "kvant mexanikası və bundan da çox dərəcədə ümumi sahə nəzəriyyəsi və superstrun nəzəriyyəsi ilə faktiki olaraq inkar edilib".
Duqin əmindir: "Ən yeni fiziki təsəvvürlər baxımından nələrin ola biləcəyi və nələrin ola bilməyəcəyi klassik yanaşmalardan əhəmiyyətli dərəcədə fərqlənir".
Duqinin konsepsiyasının əksinə olaraq, müasir texnika hələ də "köhnə Nyuton fizikası" bazasına əsaslanır. Ona görə də filosof Rusiya alimlərinə inkişafın ardınca getməmək üçün ən yeni istiqamətlərlə məşğul olmağı təklif edib.
Duqin mümkün tətdiqatların daha bir istiqamətini göstərib. "Yenidən fizika və metafizika arasında nisbətlə bağlı, guya, həll edilmiş məsələyə dönmək gərəkdir", - o, əmindir.
"Bizə suveren fizika lazımdır, - Aleksandr Duqin əminliklə bəyan edib. - Biz isə hələlik, sadəcə, idxalın əvəzlənməsi ilə məşğuluq və ya Qərb istehsalına çatmağa cəhd edirik".
Filosof məsələni yubatmadan Rusiyanın özünün fiziki prinsiplərinin mənimsənilməsi ilə məşğul olmağı təklif edir.
Onun fikrincə, burada ləngimək ölümə bərabərdir. "Biz raketlərlə bağlı Qərbi hətta ötüb keçə bilirik, amma rəqəmsal texnologiyalar, rabitə və kosmosla bağlı vəziyyət heç də ürəkaçan deyil", - o, deyib.
Qeyd edək ki, Aleksandr Duqin "avrasiyaçılıq" ideyasının müəllifidir, bu ideya Rusiyanın keçmiş sovet respublikaları ilə inteqrasiya edilməsi yolu ilə böyük dövlətin yaradılmasını nəzərdə tutur.
Qərb kütləvi informasiya vasitələrində, ola bilsin ki, o qədər də haqlı olmadan Duqin "Vladimir Putinin beyni" adlandırılıb.