Ekskluziv
602
16:54, Bu gün

"İran İsrailə layiqli cavab verəcək" - Əli Laricani

 
"Hizbullah" özü raket istehsal edir və hərbi arsenalının xeyli hissəsindən hələ istifadə etməyib..."
 
İranın Ali dini lideri Əli Xameneinin müşaviri Əli Laricani bəyan edib ki, İran Silahlı Qüvvələri və hökumətdə olan vəzifəli şəxslər İsrailin bu yaxınlarda İrana qarşı hücumuna layiqli cavab hazırlayır.
 
Moderator.az xəbər verir ki, bu barədə o, İranın "Təsnim" informasiya agentliyinə müsahibəsində bəyan edib.
 
Laricaninin sözlərinə görə, hərbçi məmurlar hətta belə cavabın bir neçə variantını nəzərdən keçirir. Laricani təfərrüatlara varmaqdan imtina edib, "çünki bu, milli təhlükəsizliklə bağlıdır, çox diqqət və müəyyən dərəcədə məxfilik tələb edir".
 
"Bütövlükdə, biz bu məsələdə müvafiq hərbçi məmurlara düzgün qərar verməyə imkan yaratmalıyıq. Mən bilirəm ki, onlar buna nail olmağın müxtəlif üsulları üzərində düşünür", - Laricani deyib.
 
"Burada həlledici məsələ İsrailin çəkindirilməsidir. Müvafiq orqanlar İranın gələcəkdə İsrailə cavabının bu tələblərə uyğun olmasına zəmanət verməsi üçün bu məsələni diqqətlə öyrənir", - o, əlavə edib.
 
Laricani həmçinin İsrail baş naziri Binyamin Netanyahunun "Hizbullah"ın hərbi ehtiyatlarının 80 faizdən çoxunun məhv edildiyi barədə bəyanatını da şərh edib.
 
"Livanın "Hizbullah" qruplaşmasının çox yaxşı mürəxəssisləri var və onlar özləri raket istehsal edir. İsraillilər düşünür ki, bu avadanlıq İrandan tədarük edilir, amma gerçəklik odur ki, "Hizbullah" özü ən güclü avadanlıq istehsal edir. 
 
Onların çox yaxşı mühəndisləri və təcrübəli insanları var. Bəziləri bu dövrdə israillilər tərəfindən qətlə yetirilib, amma "Hizbullah"ın imkanları elədir ki, o, tez bir zamanda onları əvəz edib.
 
Düşünürəm ki, onun çox yaxşı hərbi arsenalı var və xeyli hissəsini hələ istifadə etməyib. Ona görə də gələcəkdə "Hizbullah" hələ çox uğurlara imza atacaq", - Laricani deyib.
Link kopyalandı!
Son xəbərlər