Ekskluziv
546
16:10, Bu gün

"Rusiyada hər həftə yüzlərlə "Shahed" raketləri istehsal edilir" - "The Guardian"

 
"Rusiyalılar bu raketlərə süni intellekt yeritməklə "dron sürüsü" yaratmaq istəyir..."
 
Rusiyada "Geran-2" ("Shahed-136") PUA istehsalı üzrə iki zavod var və bu zavodlar həftə ərzində yüzlərlə dron buraxır. 
 
Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.
 
Qeyd edilir ki, bu müəssisələr Ukrayna sərhəddindən 1300 km aralıda, Tatarstanda yerləşir.
 
Nəşr yazıb ki, rusiyalılar dronları istehsal etdikdən az qala dərhal sonra Ukrayna üzərinə buraxır. Onları vurmaq yüksək dəqiqli raketlərə nisbətən asan olduğuna rəğmən, bu dronlar hava hücumundan müdafiəni çətinləşdirir və ciddi zərər vura bilər.
 
Oktyabr ayında işğalçılar Ukraynaya ümumilikdə 2023 ədəd  "Shahed-136" dron buraxıb, bu da Rusiyanın tammiqyaslı hərbi müdaxiləsi başlanandan rekord göstəricidir. Bu zaman hücumlar, demək olar ki, hər gecə törədilir.
 
Ukrayna hərbi mənbələrinin sözlərinə görə, rusiyalılar "Shahed-136" dronlara süni intellekt yeritməklə "dron sürüsü" effekti yaratmağa cəhd edir.
 
Belə dronlar bir-birilərilə "ünsiyyətdə olaraq" elə əlaqə yarada bilər ki, Ukraynanın hava hücumundan müdafiəsini sıradan çıxara bilər. Buna baxmayaraq, hələlik bu texnologiyaların nə qədər səmərəli ola biləcəyi bəlli deyil.
 
Bundan başqa, jurnalistlər işğalçıların öz dronlarını daha effektli etmək üçün onları daima təkmilləşdirdiyini müəyyən edib.
 
Onlar xatırladıb ki, noyabr ayında rusiyalılar dronların bir hissəsini termobarik başlıqlarıa təchiz edib, bu da detonasiya zamanı alov buludlar yaradır. Bu, dronların binanın daxilində partladığı zaman xüsusilə təhlükəlidir.
 
Nəşr qeyd edir ki, "Shahed-136" dronları nisbətən baha deyil, ona görə də bu dronları dəyəri 4 milyon dollar olan "Patriot" raket kompleksləri ilə vurmaq məqsədəuyğun deyil. Jurnalistlər qeyd edib ki, ukraynalı hərbçilər tez-tez pulemyotlardan və ya FPV-dronlarından istifadə edir.
Link kopyalandı!
Son xəbərlər