"Trampın ilk prezident dönəmindən bəri dünyada qlobal vəziyyət dəyişib və onun sövdələşmə bağlamaq üslubu üçün az əlverişlidir..."
ABŞ-ın yeni prezidenti Donald Tramp hələ ilk prezidentlik müddətində özünü danışıqlar ustası hesab edib və bütün dünya böyunca ABŞ-ın rəqibləri ilə sövdələşmə bağlamağa can atıb.
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
İndi isə onu tanıyan məmurların hesab etdiyi kimi, o, Ukrayna və İsraildə müharibələrə son qoymağa nail olmaqla bunu yenidən etmək istəyir.
Lakin nəşr qeyd edir ki, Tramp üçün sülhməramlı olmaq heç də asan olmayacaq. Hətta ilk prezidentlik dönəmində də Tramp Çin, İran və Şimali Koreya ilə uğurlu sazişlərə nail olmaq cəhdlərində uğursuzluğa düçar olub.
"Oval kabineti tərk etdiyi zamandan bəri ötən dörd il ərzində dünya dəyişib, həm də elə dəyişib ki, o, ötən dəfəkindən daha sərt beynəlxalq vəziyyətlə üzləşməli olacaq, bu da Ukrayna və Yaxın Şərqdə müharibələrin yaxın zamanlarda başa çatması ehtimalını azaldır", - nəşr qeyd edib.
Trampın Ukraynada müharibəni bitirmək planları
Belə ki, Tramp artıq özünün seçkiöncəki "hələ prezident olanadək Ukraynada müharibəyə son qoyacağı" barədə vədlərindən birini pozmaq perspektivi ilə üzləşib.
Sonradan o, bəyan edib ki, "24 saat ərzində" atəşkəs elan edəcək, sonra isə Ukrayna ərazilərinin bir hissəsini güzəştə getmək və NATO-ya üzv olmaqdan imtina etməklə sülhə nail olacaq.
Lakin nəşr qeyd edir ki, istənilən belə sövdələşmə cəbhə xəttinin sabit olmasını tələb edir, ona görə də Putinlə telefon söhbəti zamanı o, eskalasiyanın yolverilməz olduğu ilə bağlı ona xəbərdarlıq edib.
"Bunun əvəzinə Rusiya prezidenti əksinə davranıb. O, Ukraynanın cənub-şərqində öz qüvvələrini artırmaqda davam edir, görünür, yeni hücuma hazırlaşır, son həftə isə Putin Ukraynaya bir neçə çox güclü raket zərbələri endirib", - nəşr yazıb.
Nəşr qeyd edir ki, nə Putin, nə də ukraynalılar Trampla hələlik sövdələşməyə getmir. Bu arada isə o cümlədən Trampın dövlət katibi Marko Rubio daxil olmaqla respublikaçılar arasında əvvəlkitək Ukraynanın tərəfdarları çoxdur.
Əgər onların fikri nəzərə alınarsa, Tramp, mümkündür ki, öz prezidentliyinə, sadəcə, Ukraynanın xeyli hissəsini Putinə təhvil verməklə zəifliyini nümayiş etdirməklə başlamaq istəməyəcək.
Şimali Koreya ilə münasibətlər
Bundan başqa, Tramp Şimali Koreya ilə tərksilah üzrə hər-hansı sövdələşməyə bel bağlaya bilməz. Nəşr qeyd edir ki, ilk prezidentlik dönəmində Trampın KXDR lideri Kim Çın Inla kifayət qədər isti münasibətləri olub.
Lakin indi Kim Çen In öz nüvə proqramını xeyli irəliyə aparıb, həmçinin Rusiya ilə hərbi saziş imzalayıb, bu da onu ABŞ yardımından daha az asılı edib.
Kim Çen In əvvəllər Vaşinqtonla sövdələşmə çərçivəsində əldə edə bildiyi ərzaq yardımı, pullar və nefti, ehtimal ki, həm də hərbi texnologiyaları Rusiyadan alır.
Tramp və Ukraynada müharibə
"Business İnsider" nəşri yazıb ki, Ukrayna ilə Rusiya arasında sülh danışıqları artıq 2025-ci ildə baş tuta bilər, lakin əgər Donald Tramp bunu Ukraynanın təhlükəsizlik zəmanətləri ilə möhkəmləndirməsə, bu danışıqlar "kövrək" ola bilər.
"The Washington Post" nəşri yazıb ki, Tramp müharibəyə imkan daxilində tez bir zamanda son qoymaq üçün Ukrayna ilə bağlı pis sövdələşməyə razı ola bilər.