Bizi sosial şəbəkələrdən izləyin:
“Birlik, hücum və yenidən hücum lazımdır... Hamımız birlikdə axını döndərəcəyik və yenidən azad və uğurlu ölkə olacağıq...”
Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvili deyib ki, “qırmızı xətlər pozulub” və “Rusiya tipli Mərkəzi Asiya diktaturası” Gürcüstana gəlib.
Moderator.az bu haqda “Newsgeorgiya” nəşrinə istinadla xəbər verir.
“Seçkilərin pulunu ödəmiş diktator olan bu adam hər şeyə qadirdir. Siz hansı Avropadan danışırsınız?!” – deyə Saakaşvili “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişvili haqqında danışıb.
Keçmiş prezident müxalifət tərəfdarlarına müraciət edərək deyib ki, “geri çəkilməyə yer yoxdur, biz Vətənimizi praktiki olaraq itirmişik”.
Saakaşvili bildirib ki, Vahid Milli Hərəkatın doqquz illik hakimiyyəti “Gürcüstanın qızıl dövrü olub” və buna görə o, bütün ölkə “hələ də cəzalandırılır”.
“Birlik, hücum və yenidən hücum lazımdır... Hamımız birlikdə axını döndərəcəyik və yenidən azad və uğurlu ölkə olacağıq”, - deyə Saakaşvili çağırış edib.
S.Laçın