Bizi sosial şəbəkələrdən izləyin:
Xəbər verdiyimiz kimi, ötən gecə Rustaveli prospektində toplaşan etirazçılar gecəni parlamentin yaxınlığında keçiriblər.
Moderator.az-ın "Qruziya online" nəşrinə istinadla xəbər verir ki, hazırda mitinq iştirakçıları yalnız Rustaveli prospektində dayanıblar. Qanunvericilik orqanının digər girişlərinə polis səfərbər edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları 9 aprel və Çiçinadze küçələrində kordona düzülüblər.
Parlamentin girişlərindən başqa, Daxili İşlər Nazirliyinin xüsusi texnikasının da səfərbər olunduğu Azadlıq meydanına polis qüvvələri də yerləşdirilib.
Məlumat üçün bildirək ki, 11-ci çağırış parlamentin ilk iclasının bu gün saat 12:00-da keçirilməsi nəzərdə tutulub. Etirazçılar seçkinin nəticələrini tanımır və yeni parlamenti qeyri-legitim hesab edirlər. Məhz buna görə də onların məqsədi çoxluq üzvlərinə diskomfort yaratmaqdır.
Ötən gecə etirazçılar Rustaveli prospektində çadırlar qurublar.
Bu anlarda "AP"-nin Gürcüstan paytaxtından yayımladığı canlı görüntüləri təqdim edirik: