Avropanın bu şəhərində cümə azanı daim səsgücləndiricilərlə oxunacaq...
Ekskluziv
459
09:10, Bu gün

Avropanın bu şəhərində cümə azanı daim səsgücləndiricilərlə oxunacaq...

Almaniyanın Köln şəhərində iki illik pilot layihə uğurla başa çatdıqdan sonra səsgücləndiricilər vasitəsilə cümə azanının oxunmasına daimi icazə verilməsi barədə qərar qəbul edilib.

Moderator.az-ın "İslamnews" nəşrinin məlumatın əsasən xəbər verir ki, bu haqda Almaniya mətbuatı şəhər administrasiyasındakı mənbələrə istinadla xəbər verir.

Məscidlərin rəhbərliyi ilə bağlanan müqavilə qeyri-müəyyən müddətə uzadılacaq. Bu, eksperimental dövrdə razılaşdırılmış bütün şərtlərə əməl olunması sayəsində mümkün olmuşdur.

2022-ci ilin oktyabr ayından etibarən Kölndə cümə azanı saat 12:00-dan 15:00-a qədər səsgücləndiricilər vasitəsilə yayımlanıb. “Anadolu” agentliyi xəbər verir ki, şərtlərə görə, azanın müddəti 5 dəqiqədən çox olmamalı, qonşuların dincliyini pozmamalı və kilsə zənglərinin səs səviyyəsinə uyğun olmalıdır.

Qeyd edilir ki, KölndəTürk-İslam Diyanət İşləri Birliyi, “Milli Görüş” təşkilatı və Avropa İslam Türkləri Birliyi kimi bir neçə böyük İslam təşkilatının qərargahı  yerləşir.

S.Laçın

Link kopyalandı!
Son xəbərlər