Almaniyanın Köln şəhərində iki illik pilot layihə uğurla başa çatdıqdan sonra səsgücləndiricilər vasitəsilə cümə azanının oxunmasına daimi icazə verilməsi barədə qərar qəbul edilib.
Moderator.az-ın "İslamnews" nəşrinin məlumatın əsasən xəbər verir ki, bu haqda Almaniya mətbuatı şəhər administrasiyasındakı mənbələrə istinadla xəbər verir.
Məscidlərin rəhbərliyi ilə bağlanan müqavilə qeyri-müəyyən müddətə uzadılacaq. Bu, eksperimental dövrdə razılaşdırılmış bütün şərtlərə əməl olunması sayəsində mümkün olmuşdur.
2022-ci ilin oktyabr ayından etibarən Kölndə cümə azanı saat 12:00-dan 15:00-a qədər səsgücləndiricilər vasitəsilə yayımlanıb. “Anadolu” agentliyi xəbər verir ki, şərtlərə görə, azanın müddəti 5 dəqiqədən çox olmamalı, qonşuların dincliyini pozmamalı və kilsə zənglərinin səs səviyyəsinə uyğun olmalıdır.
Qeyd edilir ki, KölndəTürk-İslam Diyanət İşləri Birliyi, “Milli Görüş” təşkilatı və Avropa İslam Türkləri Birliyi kimi bir neçə böyük İslam təşkilatının qərargahı yerləşir.
S.Laçın