Avtomobili çirkli olan sürücüləri HANSI CƏZA GÖZLƏYİR?
Bizi sosial şəbəkələrdən izləyin:
Paytaxt Bakıda vaxtındı yuyulmayan avtomobillərin sayı kifayət qədərdir. Dövlət nömrə nişanlarının üzərindəki çirkab isə onun görünməsinə mane olur. Paytaxt və rayonlararası yollarda belə avtomobillərə tez-tez rast gəlinir. Xüsusilə də yağışlı havalardan sonra avtomobilini yuduzdurmayan sürücülər belə mənzərələrin ortaya çıxmasına səbəb olurlar. Bəs görəsən, avtomobili çirkli olan sürücülər cərimələnə bilərmi?
Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Moderator.az-a danışdı.
"Bu, xidməti və istismarı ümumi istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitələri üçün məcburidir. Yəni hər hansı bir nəqliyyat vasitəsi, misal üçün, avtobuslar xəttə buraxılmazdan öncə mütləq yuyulmalıdır. Bu, onların təlimatında yazılıb. Amma şəxsi nəqliyyat vasitələri barədə isə "Yol hərəkəti haqqında" qanunda ayrıca bir bənd var. Bu da dövlət qeydiyyat nişanının çirkli saxlanılmaması ilə bağlıdır. Yəni avtomobilin özü çirkli ola bilər, amma nömrəni təmiz saxlamaq məcburiyyətdir.
Nömrə çirkli olarsa, nəqliyyat vasitəsi nömrənin gizlədilməsi kimi əsaslandırılaraq duracağa təhkim olunur və istismardan uzaqlaşdırılır. Avtomobilin çirkli olması ilə bağlı cərimələnməyə gəldikdə, hələ ki dünya və yerli praktikada belə bir hala rast gəlinməyib. Bu, hava şəraitindən asılı olan bir şeydir".