İsrail ordusunun bu dəfəki zərbələri 11 can aldı
Ekskluziv
318
14:38, Bu gün

İsrail ordusunun bu dəfəki zərbələri 11 can aldı

İsrail ordusu Livanın paytaxtı Beyruta növbəti dəfə hava hüsumu təşkil edib. Bu Livanın paytaxtına bir həftədən az müddətdə dördüncü zərbədir.
 
Moderator.az xəbər verir ki, İsrailin bu dəfəki hava hücumları nəticəsində azı 11 nəfər ölüb, onlarla insan yaralanıb.
 
Hava hücumu bu gün Beyrutun mərkəzində diplomatların atəşkəs danışıqları apardıqları zaman baş verib.
 
Livanın mülki müdafiəsi bildirib ki, xilasedicilər hələ də dağıntıları qazaraq sağ qalanları axtarır. Buna görə də ölənlərin sayının armasının gözlənilən olduğu bildirilib.
 
İsrailin Livanın paytaxtına sonuncu hücumu ABŞ-ın nümayəndəsi Amos Hokşteynin İsrail və Hizbullah arasında artıq 13 aydan çoxdur davam edən müharibəyə son qoymaq üçün atəşkəs razılaşmasına vasitəçilik etmək məqsədilə bu həftə bölgəyə səfərindən sonra baş verib.
Link kopyalandı!
Son xəbərlər