“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil...- Hətta xaricdən kimsə dəstək olsa belə...”
Ekskluziv
2560
23 Nov 2024 | 11:12

“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil...- Hətta xaricdən kimsə dəstək olsa belə...”

“Sözsüz ki, erməni diasporası öz maraqları üçün məsələni daim gündəmdə saxlamağa çalışır. Artıq bu proses onlar üçün bir peşə olub...”
 
“Hesab edirəm ki, Trampın Qarabağ və ermənilər haqda  o günlər dedikləri sadəcə seçkiqabağı bir təbliğat tezisləri idi... Amma mən daha çox Azərbaycan prezidentinin ABŞ konqresmenləri ilə görüşü zamanı “Artıq Qarabağ mövzusu qapadılıb və bölgədə sabitlik yaranıb” deməsini xatırlatmaq istərdim. Təbii ki, müəyyən gərginlik var, amma müharibə yoxdur. Əminəm ki, bundan sonra həm Azərbaycan, həm də qismən Ermənistan rəhbərliyi də çalışacaqlar ki, beynəlxalq qurumlardan mümkün qədər uzaq olsunlar”.
 
Bunu Moderator.az əməkdaşının “Yenidən ABŞ prezidenti  seşilmiş Donald Trampın 2025-ci ilin yanvarından Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı konkret hansı işlər görəcəyi ehtimal edilir? O, seçkiqabağı sosial şəbəkə paylaşımlarında deyirdi ki, mən tərəflər arasında sülh yaradacam. Amma erməniləri Qarabağa qaytarılmasına nail olacam” sualına cavab verərkən sabiq baş diplomat Tofiq Zülfüqarov söyləyib.
 
“Sözsüz ki, erməni diasporası öz maraqları üçün məsələni daim gündəmdə saxlamağa çalışır. Artıq bu proses onlar üçün bir peşə olub. Və onlar öz işlərini görərkən hansısa siyasi nüfuza, imtiyazlara nail olurlar ki, bunların Ermənistan üçün heş bir faydası yoxdur. Bu səbəblərdən də hiss olunur ki, Ermənistan da  beynəlxalq oyunçulardan uzaqlaşmağa çalışır. Necə ki, Fransadan uzaqlaşır... İndi növbədə Amerikanın olacağı gözlənilir. Ermənistanda yaxşı başa düşürlər ki,  revanş üçün onlara heç kəs dəstək verməyəcək və eyni zamanda revanş yeni ölümlər, eyni itkilər, yeni əzab-əziyyət deməkdir.  Ümumiyyətlə, erməni toplumunda belə bir həvəs yoxdur... Hətta xaricdən kimsə dəstək versə belə... Sadəcə, kimlərsə nəsə özünü göstərmək, əldə etmək üçün boş-boş, populist çıxışlar edir. 2020-ci ilin 44 günlük savaşının nəticələri də göstərdi ki, hər halda Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil”, -deyə davamında keçmiş xarici işlər naziri vurğulayıb. 
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər