Ekskluziv
684
22 Nov 2024 | 20:47

"Beynəlxalq Cinayət Məhkəməsi bəşəriyyətin düşməninə çevrilib" - Netanyahu

"Bu qərar demokratiyaların özünü ölümcül terrordan müdafiə etməsi kimi təbii hüququnu sarsıdan mənəvi iflasdır..."
 
Netanyahu Qəzzada 45 minədək dinc insanı amansızcasına qətlə yetirdiyini görməzdən gəlir, amma məsuliyyətdən yaxa qurtara bilməyəcək...
 
İsrail baş naziri Binyamin Netanyahu ölkə vətəndaşlarına müraciət edərək bu günlər Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən onun və sabiq müdafiə nazirinin həbsinə order veriməsi qərarınından danışıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co.ol" nəşri məlumat yayıb.
 
Netanyahu iddia edib ki,  "bəşəriyyətin müdafiəsi üçün yaradılmış Beynəlxalq Cinayət Məhkəməsi bəşəriyyətin düşməninə çevrilib və onun bizi insanlığa qarşı cinayətlərdə ittiham etməsi əsassızdır".
 
"Həqiqət tamamilə əksinədir. Bu, demokratiyaların özünü ölümcül terrordan müdafiə etməsi kimi təbii hüququnu sarsıdan mənəvi iflasdır", - Netanyahu iddia edib.
 
O, vurğulayıb ki, "bizi uydurma cinayətlərdə itttiham edən" bu məhkəmə həm İsrailə qarşı, həm də bütün dünya boyunca bir çox yerlərdə törədilən əsl hərbi cinayətləri, "dəhşətli cinayətləri" görməzdən gəlir.
 
"Millionlarla günahsız vətəndaşlar İran, Suriya, Yəmən və digər ölkələrdə qətlə yetirilib və ya öz evlərindən qovulub. Lakin bu qaranlıq rejimlərə qarşı hərəkət etmək əvəzinə, məhkəmə Yaxın Şərqdə yeganə demokratiya olan və müharibənin aparılması qaydalarına əməl edən İsrailə qarşı saxta ittihamlar irəli sürür", - Netanyahu iddia edib.
 
Onun sözlərinə görə, BCM-in qərarı "antisemit addımdır və bunun yeganə məqsədi İsrailin özünümüdafiə hüququnun gerçəkləşdirilməsinə mane olmaqdır".
 
Göründüyü kimi, İsraili "Yaxın Şərqdə yeganə demokratiya oldiuğunu hesab edən və müharibənin aparılması qaydalarına əməl etdiyini" riyakarcasına bəyan edən Netanyahu nədənsə İsrail ordusunun Qəzzada 45 minədək dinc fələstinlini amansızcasına qətlə yetirdiyini, iki milyon insanı aclığa düçar etdiyini, humanitar yardımın çatdırılmasına hər cür maneələr törətdiyini görməzdən gəlir.
 
Netanyahu beynəlxalq təşkilatlara, xüsusilə BMT-yə qarşı etinasız yanaşır, təşkilatın baş katib Antoniu Quterrişi "persona-non-grata" elan edir, BMT-nin fələstinli qaçqınlara yardım üzrə Agentliyinin fəaliyyətini ölkədə qadağan edir, Livanda BMT-nin "mavi dəbilqələri"nə silahlı hücum etməkdən belə çəkinmir.
 
Ona görə də Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu və onun sabiq müdafiə naziri Qalantın həbsinə order vermək qərarı dünya ictimaiyyəti, bir çox Avropa ölkələri və Avropa İttifaqı tərəfindən müsbət qarşılanıb.
 
İstər Kreml hakimi Vladimir Putin, istərsə də İsrail baş naziri Binyamin Netanyahu insanlığa qarşı törətdiyi cinayətlər və hərbi cinayətlərə görə məsuliyyyətdən yaxa qurtara bilməyəcək.
Link kopyalandı!
Son xəbərlər