“Üçüncü Dünya müharibəsi ilə bağlı proqnozlara ciddi yanaşmaq lazımdır, çünki...”
Ekskluziv
1661
17:27, Bu gün

“Üçüncü Dünya müharibəsi ilə bağlı proqnozlara ciddi yanaşmaq lazımdır, çünki...”

“Üçüncü Dünya müharibəsinin başlayacağı ilə bağlı proqnozlara ciddi yanaşmaq lazımdır, çünki proseslərin gedişatı göstərir ki, narahat olmaq üçün xeyli əsas var”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Ekspert qeyd edib ki, son vaxtlar baş verənlər Rusiyanın müharibəni genişləndirməkdə maraqlı olduğunu göstərir:

 

“Son günlər Ukrayna-Rusiya cəbhəsində baş verənlər onu deməyə əsas verir ki, Moskva bu müharibəni genişləndirməyə çalışır. Bəzi qüvvələri də öz ətrafında birləşdirməyə cəhd edən Rusiyanın bu addımı, olduqca təhlükəlidir.

 

Digər tərəfdən, Böyük Britaniyanın Rusiya ilə mübarizəyə hazırlaşdığı ilə bağlı mediada məlumatlar dolaşmaqdadır. ABŞ və Avropanın son bir həftədəki davranışı, verilən açıqlamalar, səslənən bəyanatlar onu göstərir ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı vəziyyət daha da pisləşməkdədir. Bu isə onu söyləməyə əsas verir ki, proseslər arzuedilməz məcrada cərəyan etməkdə davam edərsə, Üçüncü Dünya müharibəsi qaçılmaz ola bilər”.

 

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər